Qafqaz Universiteti “Elektron universitet” layihəsini təqdim etdi
Tarix: 19.01.2015 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Qafqaz Universitetində təşkil olunan layihələr davam edir. Universitetin yeni layihələrindən biri də “Elektron Universitet” layihəsidir. Layihənin həyata keçirilməsi və Azərbaycan universitetlərində də tətbiq olunması məqsədilə Qafqaz Universitetində tədbir keçirilib. Tədbirdə universitetlərin nümayəndələri iştirak edib.
Qafqaz Universiteti xarici əlaqələr prorektoru, dosent Sevil İmanova çıxış edərək qonaqları salamladı: “Artıq texnologiyalar həyatımızın bir hissəsinə çevrilib. İnformasiya dəstəyi, elektron kitabxana, elektron dövlət, elektron universitet sahəsində o qədər işlər görülür ki, mənə elə gəlir ki, biz artıq gecikirik. Ona görə də düşünürəm ki, əlimizdəki bu fürsətləri dəyərləndirmək lazımdır. Ümid edirik ki, sizin atdığınız addımlar həm universitetimiz, həm təhsilimiz, həm də Azərbaycanımız adına uğurlu olacaq.”
Bir neçə universitet nümayəndəsinin də iştirak etdiyi tədbirdə tərəfdaş müqavilə bağlamaq üçün “Elektron Universitet” layihəsinin rəhbəri Üzeyir Bağırov çıxış etdi: “Zaman dəyişir, elektron resurslar inkişaf edir. Bu da təbii olaraq ilk növbədə özünü elm sahəsində, təhsil müəssisələrində büruzə verir. Bizim də bu layihəni hazırlamaqda məqsədimiz bu inkişafdan kənarda qalmayaraq , Azərbaycanın digər universitetlərini də layihəmizə cəlb etməkdən ibarətdir. Hal-hazırda 17 universitet layihə ilə bağlı bizimlə əməkdaşlıq etməyə razılığını bildirib. Bu universitetlər içərisində Qafqaz Universiteti də daxil olmaqla Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Turizm İnstitu, Azərbaycan Dillər Universiteti, Azərbaycan Musiqi Akademiyası və s. universitetlər yer alır. Ümid edirik ki, digər universitetlər də bu siyahıya daxil olacaqlar.” Ü.Bağırov universitet nümayəndələrini layihənin mahiyyəti ilə yaxından tanış etdi: “Əgər universitet beynəlxalq dərəcədə qəbul olunmuş sistemlə idarə olunmursa, universitetə xaricdən gələn tələbə sayı məhdud olacaq. Buna görə də layihənin universitetlər tərəfindən tətbiq olunması həmin universitetin bir addım öndə olması deməkdir. Elektron universitet layihəsi müəllimlərin, tələbələrin, eyni zamanda valideynlərin də işini asanlaşdırmış olacaq. Belə ki, valideynlər evdə oturduqları halda elekron resurslar vasitəsilə övladlarının dərslərinin, imtahanlarının hansı səviyyədə olduğunu öyrənə bilərlər. Eyni zamanda tələbələrin universitetə qəbul olmasından başlayaraq məzun olana qədərki prosesin elektron sistem üzərində aparılması və s. layihənin əsas mahiyyətini təşkil edir.”
Üzeyir müəllim layihənin digər tərəfləri ilə bağlı da geniş məlumat verərək tədbir iştirakçılarının suallarını cavablandırdı.

İlkin




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info