Şəhidlik mövzusu və müasirlik
Tarix: 19.01.2015 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


AMEA Nizami adına Ədəbiyyat İnstitutunda 20 Yanvar hadisələrinə və şəhidlik mövzusuna həsr edilmiş tədbir keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq xalqımızın müstəqillik mücadiləsi ilə bağlı ətraflı danışıb. Akademik İsa Həbibbəyli 20 Yanvar gününün xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edərək 25 il əvvəl baş vermiş hadisələri tarixi gerçəklik və zaman nöqteyi-nəzərindən ətraflı şərh edib. Xalqımızın ümummilli Lideri Heydər Əliyevin bu hadisələrə verdiyi tarixi siyasi qiymətin böyük əhəmiyyətini vurğulayan akademik İsa Həbibbəyli müstəqillik illərində Prezident İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin daima uca tutulduğunu, bu istiqamətdə ardıcıl olaraq dövlət səviyyəsində tədbirlərin həyata keçirildiyini xüsusi qeyd edib. Xalqımızın müstəqillik və azadlıq mübarizəsinin ədəbiyyatda və sənətdə də daimi mövzu olduğunu xatırladan institut rəhbəri göstərilən istiqamət üzrə bundan sonra da müstəqillik işığında yeni əsərlərin yaradılmasının vacibliyini bildirib.
Tədbirdə filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovun “Ədəbiyyatda şəhidlik mövzusu və müasirlik” mövzusunda məruzəsi dinlənilib. Filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Asif Rüstəmli və başqaları çıxış edərək 20 Yanvar hadisələrini xalqımızın qəhrəmanlıq tarixinin parlaq səhifəsi kimi səciyyələndirərək ədəbiyyatda milli azadlıq, şəhidlik mövzusu və müasirlik məsələləri ətrafında fikir və mülahizələrini bildiriblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin
15.07.2019
Vilayət Eyvazov 41 nəfəri Bakı polisində vəzifəyə təyin edib: püşkatma yolu ilə
15.07.2019
“Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ilə görüş keçirilib
15.07.2019
Вот так сейчас выглядит мавзолей Насими в Алеппо - FOTO
15.07.2019
“Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti və qarşıda duran vəzifələr”

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
4 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info