Şəmkirdə 20 Yanvara həsr olunmuş tədbir keçirilib
Tarix: 19.01.2015 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


YAP Şəmkir rayon təşkilatı 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirib.
Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, YAP Şəmkir rayon təşkilatı Aparatının işçiləri, rayonun idarə, müəssisə və təşkilat nümayəndələri iştirak ediblər. Anım tədbiri şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra tədbiri YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açaraq geniş çıxış edib.
F.Vəliyev bildirib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
F.Vəliyev qeyd edib ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.
Çıxış edən YAP Şəmkir rayon təşkilatı Aparatının təlimatçısı İlkin Musayev qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb ki, bu faciə zamanı da 147 insan öldürülüb, 800 insan ağır xəsarət alıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib və coxsayda insan itkin düşüb. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi: “Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir”.
Çıxış edən Şəmkir rayon Səhiyyə şöbəsi İlk Həmkarlar təşkilatının sədri, həkim-cərrah Şahin Rzayev bildirib ki, Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 Yanvar hadisələrindən 25 il ötür. Hadisənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif fikirlərə, rəylərə rast gəlinsə də, bütün əks mövqelər bir nöqtədə kəsişir: bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə, keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.
Daha sonra çıxış edən Şəmkir rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Vüsal Rzayev bildirib ki, 20 Yanvar şəhidlərinə olan diqqətin, qayğının və eyni zamanda ehtiramın təzahürüdür: “20 Yanvar şəhidləri bizim şanlı tariximizdir. Onlar Azərbaycanın azadlığı və suverenliyi uğrunda öz canlarından keçməyi bacaran dəyərli oğlanlarımız və qızlarımızdır. Beləcə, şəhidlərimizin xatirəsi zaman-zaman xatırlanacaq. Bu isə bir daha həm indiki, həm də gələcək nəsillər üçün bir örnəkdir ki, onlar yaddan çıxmır. Bu bizim qan yaddaşımız və fəxrimizdir. Hətta mən 20 Yanvarı faciə kimi deyil, əksinə azadlıq, torpağımızın, dövlətimizin və suverenliyimiz uğrunda mübarizənin şanlı tarixi kimi dəyərləndirərdim”.
Çıxış edən Gənc Vətənpərvərlər Birliyi Şəmkir rayon şöbəsinin sədri Tural Əliyev 1990-cı ilin 20 Yanvar faciəsindən-müasir Azərbaycan tarixinin həm kədərli, həm də qəhrəmanlıq səhifəsinin yazıldığı gündən 25 il ötdüyünü xatırladaraq həmin il yanvarın 19-dan 20-nə keçən gecə bəşər tarixində ən böyük amansızlıqlardan birinin törədildiyini bildirib: “Həmin gecə xalqın azadlıq və istiqlal mübarizəsini “beşikdə” boğmaq məqsədilə Sovet imperiyası fövqəladə vəziyyət elan edilmədən, Bakı şəhərinə böyük hərbi qüvvə yeritdi, günahsız insanlar qanına qəltan edildi, misli görünməmiş vəhşiliklər törədildi. Üstündən 25 il ötməsinə baxmayaraq 20 Yanvar faciəsi bu gün də öz aktuallığını saxlayır. Bu faciə bir xalqın azadlıq mübarizəsinin təməli oldu”.
Tədbirin sonunda çıxış edənlər Şəmkir rayon Təhsil şöbəsinin metodisti Vəfa Namazova, YAP Şəmkir rayon təşkilatı Aparatının təlimatçısı Elnur Eynullayev və başqaları qeyd ediblər ki, o ağır günlərdə xalqımızın nümayiş etdirdiyi birlik, şəhidlərimizin qəhrəmanlığı indi də Azərbaycanımızın rifahi, torpaqlarımızın tezliklə düşmən tapdağından azad olunması uğrundakı mübarizədə birliyə çağırıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info