BŞTİ: “Narazılığa səbəb olan direktor vəzifəsindən kənarlaşdırılıb”
Tarix: 19.01.2015 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Bakı Şəhəri üzrə Təhsil İdarəsi 118 nömrəli tam orta məktəblə bağlı baş verən hadisə barədə açıqlama yayıb.
İdarənin mətbuat xidmətindən verilən xəbərə görə, hazırda idarənin əməkdaşları sözügedən məktəbdədir. Məsələ tam araşdırılana qədər məktəbin direktoru Qardaşxan Səlimov vəzifəsinin icrasından kənarlaşdırılıb. Məktəbin idarə olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.
Qeyd edək ki, məsələ bilavasitə Təhsil Nazirliyi rəhbərliyinin nəzarəti altındadır.
118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə zamanı dünyasını dəyişən Elmar Əliyevin ölümünün səbəbi müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və bununla bağlı əlavə məlumat veriləcək.
İdarə dünyasını dəyişən Elmar Əliyevin ailəsinə başsağlığı verib.
Qeyd edək ki, 118 saylı Hövsan kənd orta məktəbinin direktorunun hərəkəti valideynlərin narazılığına səbəb olub.
Bu gün səhər məktəbin ətrafına toplaşan kənd sakinləri məktəbin direktorunun məktəbdə təhsil sistemini düzgün idarə etmədiyini, vaxtında dərsə gəlmədiyini, şagirdlərlə təhqir formasında danışdığını bildiriblər.
Kənd camaatının sözünə görə, məktəbin tarix müəllimi uzun müddət dərsə gəlməyib. Yanvarın 16-da məktəbin IX sinif şagirdi direktordan müəllimin dərsə gəlməməsinin səbəbini soruşub və onun başqa müəllimlə əvəz olunmasını istəyib. Məktəb direktorunun şagirdə cavabı isə belə olub: “Sənin atan evdən gedəndə yerində əvəzedici qoyur?”
Kənd camaatının narazılığına da məhz direktorun bu sözləri səbəb olub. Bu gün saat 09:00-da 50-60-a yaxın kənd sakini məktəbin qarşısına yığışaraq direktora etiraz edib.
Əraziyə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları gəlib.
Aksiya zamanı 22 yaşlı Əliyev Elmar Rəcəbəli oğlu qıcolmadan dünyasını dəyişib. Hazırda onun ölüm səbəbləri araşdırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
İnstitut işçi axtarır
15.06.2019
Müstəqil sosial müdafiə sisteminin qurucusu
14.06.2019
Bank Hüquq şöbəsinin rəhbəri vəzifəsinə işçi axtarır
14.06.2019
Bankda işləmək istəyənlərin nəzərinə!
14.06.2019
Milli Qurtuluş Günü ərəfəsində Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsi: avtomobil təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info