MTN-də 20 Yanvarla bağlı anım tədbirləri keçirilib
Tarix: 19.01.2015 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Milli Təhlükəsizlik Nazirliyində (MTN) 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilib.
Nazirliyin İctimai Əlaqələr Mərkəzindən verilən məlumata görə, general-polkovnik Eldar Mahmudov başda olmaqla MTN-in əməkdaşları Şəhidlər Xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüb, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirib.
Vətənimizin azadlığı uğrunda canlarından keçmiş təhlükəsizlik orqanlarının şəhid əməkdaşlarının xatirəsi də ehtiramla yad olunub. Sonra MTN-in şəxsi heyəti adından “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulub.
Anım mərasimi MTN-in Heydər Əliyev adına Akademiyasında davam etdirilib. Əvvəlcə tədbir iştirakçıları Akademiyanın akt zalının foyesində 1990-cı ilin 20 Yanvar hadisələrini əks etdirən fotosərgi ilə tanış olublar. Tədbir açıq elan edildikdən sonra ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Akademiya rəisinin müavini, general-mayor İsgəndər Allahverdiyev 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanın azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışıb. Bildirib ki, 20 yanvar Azərbaycan tarixinə qanla yazılmış bir səhifə və Azərbaycanın milli azadlıq savaşının zirvəsi, milli düşüncənin oyanış günüdür. Eyni zamanda uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın öz müstəqilliyi və suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir: “Bu faciəni törətməklə totalitar sovet rejimi özünün cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq. Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanlarımızın vəhşicəsinə qətlə yetirilməsi xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə qüdrətini bütün dünyaya bəyan etdi. Məhz bu fədakarlıq və iradə sayəsində xalqımız müqəddəs arzusuna çatdı, azadlığına qovuşdu. Azərbaycan qısa müddət ərzində müstəqil, sürətlə inkişaf edən dövlət kimi dünya birliyində özünün layiqli yerini tutmağa nail oldu. Azərbaycan xalqı o günlərdə böyük bir gerçəyi - meydanda həqiqi liderin olmamasını bütün mahiyyəti ilə dərk etdi. Xalqının səsinə hər kəsdən əvvəl səs verən elə Heydər Əliyev oldu”.
İ.Allahverdiyev baş vermiş qanlı olaylardan dərhal sonra Vətənini və xalqını sonsuz məhəbbətlə sevən ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyətini xüsusi qeyd edib.
Tədbirdə çıxış edən dinləyicilər və kursantlar da 20 Yanvar faciəsi ilə bağlı danışaraq, Azərbaycanın müstəqilliyi, dövlətimizin daha da qüdrətli olması naminə bilik və bacarıqlarını əsirgəməyəcəklərini, Ali Baş Komandan İlham Əliyevin hər bir əmrini dərhal və qüsursuz yerinə yetirməyə hazır olduqlarını bildiriblər.
Mərasimin sonunda 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
İyunda neçə gün evdəyik?
22.05.2019
İrandan Bakıya “Fokker 100“ təyyarələrinin uçuşu gözlənilir
22.05.2019
Bələdiyyə idarəçiliyində qadınların rolu artacaq
22.05.2019
Gömrük Akademiyasının tələbələri məhkəmə baxışının simulyasiyasını keçiriblər
22.05.2019
Fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info