Təhsil Problemləri İnstitutunda “20 Yanvar qürur günümüzdür” adlı tədbir
Tarix: 19.01.2015 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


19 yanvar 2015-ci il tarixində Təhsil Problemləri İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “20 Yanvar qürur günümüzdür” mövzusunda tədbir keçirilib. İnstitutun direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov çıxış edərək bildirib ki, 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Diqqətə çatdırıb ki, uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixi gündür 20 Yanvar. O gecə 147 mülki vətəndaş qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. O müdhiş gecədə sovet qoşun hissələri 200 mənzil və evi, 80 avtomaşını, o cümlədən təcili yardım maşınlarını, külli miqdarda şəxsi və dövlət əmlakını məhv ediblər...
İnstitutun direktoru bildirib ki, xalq həmin günlərdə böyük bir həqiqəti — həqiqi liderin meydanda olmamasını da bütün mahiyyəti ilə dərk edib. Elə həmin təlaşlı günlərdə xalqının səsinə hər kəsdən əvvəl səs verən Heydər Əliyev olub. Məhz ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında olmasına baxmayaraq, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək, təcavüzə kəskin etirazını bildirib, faciəni törədənləri kəskin ittiham edib, qoşunların Bakıdan çıxarılmasını tələb edib. Ümummilli liderin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi... Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdı. Məhz bundan sonra 20 yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi. Daha sonra 20 Yanvar faciəsində baş vermiş hadisələri əks etdirən “Qanlı Yanvar, qan yaddaşımız” adlı videoçarx nümayiş olunub. Video çarxın nümayişindən sonra Şəhidlər Xiyabanının necə yaradılması ilə bağlı o zaman Təhsil Nazirliyində çalışan dəfn komissiyasının sədr müavini Azər Nəbiyev çıxış edərək, qanlı yanvar gecəsində baş verənləri ürək yanğısı ilə xatırlayıb. Təhsil Problemləri İnstitutunun şöbə müdirləri və digər əməkdaşları faciə ilə bağlı fikirlərini bölüşüb, həmin gecənin şahidləri öz çıxışları ilə bir daha tariximizin şanlı səhifəsini hər zaman qürurla danışacaqlarını bildiriblər. Tədbirin sonunda institutun direktoru Qulu Novruzov tədbirdə söylənən acı xatirələrin sonunda həmin 20 Yanvar gününün bizim Azərbaycanımızın qürur və şərəf mənbəyi olduğunu bir daha vurğulayıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info