Gürcüstanda 20 Yanvar qurbanları bağlı tədbir keçirilib
Tarix: 19.01.2015 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsi anıldı. Tədbirdə Azərbaycanın müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalanların xatirəsini yad etmək üçün toplaşan çoxsaylı elm,mədəniyyət və təhsil işçiləri,gənclər, rəsmi şəxslər,şəhidlərin qohum- əqrəbaları və yaxınları,KİV nümayəndələri onların ruhunu ehtiramla anaraq, milli şüurun oyanışında və milli ideologiyanın formalaşmasında 20 Yanvar faciəsinin dönüş nöqtəsinə çevrildiyini, müstəqillik tarixinə şanlı səhifə kimi daxil olduğunu diqqətə çatdırdılar.
Əvvəlcə Mərkəzin dəhlizində 20 Yanvar qurbanlarına həsr olunmuş foto-stendi həm ürək ağrısı ilə, həm də qurur hissi ilə nəzərdən keçirən tədbir iştirakçıları sonra AMM-nin idarə heyətinin sədri Fazil Həsənovun təklifi ilə şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.Daha sonra Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin sosial və humanitar məsələlər üzrə attaşesi Samirə Ağayeva,Gürcüstan Parlamentinin deputatı Mahir Dərziyev,Marneuli rayon Sakrebulosunun sədri Nəbi Abdullayev,şəhid Vəfadar Eminovun dayısı oğlu Arif Məmmədov,Tbilisi Texniki Universitetinin professoru Emilya Allahverdiyeva,ziyalı Vidadi Məmmədrzayev,Ukrayna-Gürcüstan Beynəlxalq Elmi-Tədris İnstitutunun prorektoru,professor Mahmud Hacıxəlilov,şəhid Fariz Babanlının anası Gülhəvva Babanlı, “Borçalı İş Adamları” İB-nin sədri İsrafil Bayramov,şəhid İlqar Əhmədovun əmisi oğlu Allahverdi Əhmədov,Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu,gənc istedad Almaz Nadiroğlu çıxış edərək 20 yanvar tarixini Azərbaycanın müstəqilliyinin qan bahasına qazanılmasında,9 aprel hadisələri ilə birlikdə hər iki xalqın xoşbəxt gələcəyinin təmin olunmasında müstəsna əhəmiyyətə malik hadisə kimi dəyərləndirdilər. Tədbirdə Füzuli Sabiroğlunun 20 Yanvar hadisələrininin xronoloqiyasına dair sənədli filmi nümayiş olundu.
20 Yanvar faciəsinin 25 illiyi ilə əlaqədar keçirilən tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi İlyas Məmmədov və hadisələr zaman Gürcüstan əsilli şəhidlərin yaxınları da iştirak etdilər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info