“Avropa Birliyi Fransada 64 nəfərin sosial şəbəkələrdə öz fikirlərini ifadə etdiklərinə görə həbsinə göz yumub”
Tarix: 19.01.2015 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


Brüsseldə Avropa Birliyi liderləri ilə görüşündən qayıdan Türkiyənin Baş naziri Əhməd Davudoğlu təyyarədə jurnalistlərin suallarını cavablandırarkən Avropa Birliyinə qarşı ittihamlar səsləndirib. “Azadinform” Türkiyənin “Milliyyət” qəzetinə istinadən xəbər verir ki, Ə.Davudoğlu Türkiyədə söz və mətbuat azadlığının pozulmasını davamlı tənqid edən Avropa Birliyinə xatırladıb ki, Fransada təkcə “Charlie Herbo” jurnalının əməkdaşlarının qətl edildiyi həftədə 64 nəfər sosial şəbəkədə öz fikirlərini ifadə etdiklərinə görə həbs edilir, dindirilib və nəzarətə alınıb: “Qərb isə buna göz yumub”. Ə.Davudoğlu Türkiyədə mətbuat azadlığı mövzusunda ittihamların çox əsassız olduğunu vurğulayıb: “Avropa Parlamentinin mətbuat azadlığı ilə bağlı hesabatını əlimə aldım və bir-bir soruşdum. Mənə həbs edilmiş jurnalistlərin adlarını verin. Bir ad söyləyə bilmədilər. İtalyan siyasətçi, Avropa Birliyi xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali komissarı Federika Moqeriniyə “bu barədə niyə tələsik və bizə müraciət etmədən belə bir açıqlama verdiklərini” soruşduqda “sizinlə əlaqə yarada bilmədik”, deyə, cavab verdi. Mətbuat azadlığı ilə əlaqədar bir şey söyləyən zaman dərhal ad istəyirik. Kimə mane olmuşuq, kimi həbs etmişik, ad verin deyirik, verə bilmirlər. 7 məhbus jurnalistimiz var, onların da hər biri konkret məzmunlu cinayət səbəbindən tutulublar”. Baş nazir qeyd edib ki, Türkiyə diplomatları əsir düşdüyü zaman onların təhlükəsizliyini təmin etmək məqsədilə nəşr edilməməsi qərarı alınmışdı. Amma “The New York Times” və “Washington Post” bu müddətdə onlarla informasiya verdi. Bəs niyə amerikalılar “İŞID”ın girovu olarkən ABŞ mətbuatı bu barədə yazmadı?”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info