Velosipedçimiz Dünya Kubokunda 5-ci oldu
Tarix: 19.01.2015 | Saat: 21:19:00 | E-mail | Çapa göndər


Kolumbiyanın Kali şəhərində velosiped idmanının trek növü üzrə Dünya Kubokunun sonuncu, 3-cü mərhələsi davam edir.
Planetin 46 ölkəsindən olan idmançıların mübarizə apardığı yarışda Azərbaycan 2 velosipedçi - Olqa İsmayılova və Sergey Omelçenko ilə təmsil olunur. İlk yarış günü idmançılarımız 2 növdə çıxış ediblər. Keyrində yarışan Sergey Omelçenkonun çıxışı istənilən kimi alınmasa da, 200 metr məsafəyə sprint yarışında mübarizə aparan Olqa İsmayılova uğurlu çıxışla yadda qalıb. 32 nəfər arasında yarışan velosipedçimiz təsnifat mərhələsində 5-ci olub və 1/16 finala vəsiqə qazanıb. Yarışın bu mərhələsində Hollandiya, 1/8 finalda isə Rusiya nümayəndəsini mübarizədən kənarlaşdıran Olqa İsmayılova 1/4 finalda Honqkonq təmsilçisinə uduzub. Belədə 5-ci yer uğrunda yarışmalı olan idmançımız Böyük Britaniyanın 2, Kubanın isə 1 velosipedçisini qabaqlamaqla Dünya Kubokunun 3-cü mərhələsini 5-ci pillədə bitirib. Beləliklə, Dünya Kubokunun 3 mərhələsinin yekununa əsasən, Olqa İsmayılova 200 metr məsafəyə sprint yarışlarında mübarizə aparmış 50 iştirakçı arasında 233 xalla 6-cı nəticə göstərib. Velosipedçimizin geridə qoyduğu idmançılar arasında almaniyalı Olimpiya çempionu Kristina Foqel də var. Bu isə Dünya Kuboku kimi məsul yarışda ilk dəfə çıxış edən idmançımız üçün kifayət qədər yüksək nəticədir. Sergey Omelçenkoya gəlincə, o keyrin növündə 3 mərhələnin yekununda 50 nəfər arasında 124 xalla 16-cı olub.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Qabil Mehdiyev: Azərbaycan KİV-ləri II Avropa Oyunlarına hazırlığı diqqətlə izləyirlər
23.01.2019
“Rizespor” “Porto”dan futbolçu icarəyə götürüb
22.01.2019
Rusiyada ilk Qış Universiadası keçiriləcək
22.01.2019
Marselo əsas heyətdən kənarlaşdırıldı
21.01.2019
İtaliya A Seriyası : “Milan” səfərdə “Cenoa”nı məğlubiyyətə uğradıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info