“Kənd təsərrüfatı ili”ndə əsas hədəf bölgələrdə aqroparkların yaradılmasıdır
Tarix: 19.01.2015 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


Ötən il İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlara Kömək Milli Fondu 5 min 560 sahibkarı güzəştli kreditlə təmin edib ki, bu da əvvəlki ilə nisbətən 24,4 faiz çoxdur. Regionlarda, eləcə də Bakıətrafı kənd və qəsəbələrdə sahibkarlarla keçirilən 47 görüşdə davamlı olaraq maarifləndirmə işləri aparılıb. Nəticədə minlərlə sahibkara güzəştli kreditlərin alınma mexanizmi barədə təlimatlar verilib, nümunəvi layihələr təqdim olunub.
Bu sözləri İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev AzərTAc-a eksklüziv müsahibəsində deyib. Şirzad Abdullayev daha sonra diqqətə çatdırıb ki, 2014-cü ildə 70-dən artıq iri həcmli layihələr həyata keçirilib. Xüsusilə aqrar sektorun inkişafında önəmli rol oynayan istehsal-emal və infrastruktur müəssisələri və kənd təsərrüfatının inkişafı üçün lazım olan digər müəssisələrin maliyyələşdirilməsi təmin edilib ki, bunlar da növbəti illərdə aqrar sektorda yüksək nəticələrin əldə olunmasında müstəsna rol oynayacaq. 2014-cü ildə on minlərlə hektar ərazilərdə fermer təsərrüfatlarının yaradılmasına 32 milyon manat güzəştli kreditlərin verilməsi təmin olunub, quşçuluq müəssisələri və heyvandarlıq kompleksləri maliyyələşdirilib. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycanda süd emalı ilə məşğul olan müəssisələrin xammalla təmin edilməsində Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yaradılmış iri fermer təsərrüfatları müstəsna rol oynayır. Quşçuluq təsərrüfatlarında da uğurlar xeyli yüksəlib. Sevindirici haldır ki, keçən il 364 tona qədər quş əti ixrac edilib. Növbəti illərdə bu rəqəmin daha yüksək olacağı gözlənilir. İcraçı direktor daha sonra deyib ki, bu həftədən sahibkarlara güzəştli kreditlərin verilməsinə başlanılacaq. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Kənd təsərrüfatı ili” elan edilmiş 2015-ci ildə aqroparkların yaradılması, onların nəzdinə istehsal müəssisələrinin maliyyələşdirilməsi, aqroparklarla əməkdaşlıq edəcək kiçik və orta sahibkarlığın maarifləndirilməsi və əsasən də regionlarda kiçik sahibkarlara güzəştli kreditlərin verilməsi əsas hədəf olacaqdır.




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
“İri topdan satış müəssisələrində 930 milyonluq dövriyyənin gizlədildiyi aşkarlanıb”
18.02.2019
Fitch: “2019-cu ildə Azərbaycanda iqtisadi artım 3,5 faiz təşkil edəcək”
18.02.2019
Şahin Mustafayev: 22 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur
18.02.2019
Neapol və Səməd bəy Mehmandarov küçələri yenidən qurulur
18.02.2019
Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info