“Azərbaycanın Cənubi Qafqazdakı lider mövqeyini yüksək qiymətləndiririk”
Tarix: 19.01.2015 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Yaponiya xarici işlər nazirinin müavini Minoru Kiuçinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan-Yaponiya əlaqələrinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Oqtay Əsədov Yaponiya nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirib və qeyd edib ki, qarşılıqlı səfərlər ölkələrarası əlaqələrin inkişafına töhfə verir. Bundan başqa, hər iki ölkə parlamentində dostluq qrupları fəaliyyət göstərir ki, bu qrupların nümayəndələrinin də qarşılıqlı səfərləri parlamentlərarası əməkdaşlığın inkişafına təkan verir.
Azərbaycanın Yaponiya ilə əlaqələrin möhkəmlənməsinə böyük önəm verdiyini deyən sədr ölkələrimiz arasındakı münasibətlərin hazırda dinamik inkişaf etdiyini deyib. Oqtay Əsədov bildirib ki, ölkələrimiz arasında iqtisadi əlaqələr genişlənir, hüquqi baza daha da gücləndirilir. İndiyədək Azərbaycan ilə Yaponiya arasında 17 sənəd imzalanıb, 20-dən çox sənəd üzərində isə iş aparılır. Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də qonaqlara məlumat verib. Minoru Kiuçi Azərbaycana səfərlərindən məmnun qaldıqlarını bildirib. O, Azərbaycanın Cənubi Qafqazdakı lider mövqeyini, Avropada və beynəlxalq təşkilatlardakı rolunu yüksək qiymətləndirib. Qeyd edib ki, Yaponiya Azərbaycan ilə təkcə iqtisadi yox, təhsil, səhiyyə, mədəniyyət və s. sahələrdə də əlaqələrin inkişafına xüsusi önəm verir. Bildirilib ki, Azərbaycana gəlişinin əsas səbəbi də qarşılıqlı əlaqələri daha da möhkəmləndirməkdir. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info