“Ukrayna xəzinəsi boşalıb, hakimiyyət xarici borcları ödəmək iqtidarında deyil”
Tarix: 19.01.2015 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


“Rəsmi Kiyev yaxın gələcəkdə ölkə iqtisadiyyatını bərpa etmək
üçün milyardlarla dollar tapa bilməsə, iqtisadi böhran qaçılmaz
olacaq”


“Ukrayna xəzinəsində demək olar ki, pul qalmayıb və ölkə iqtisadiyyatı Beynəlxalq Valyuta Fondunun əlində qalıb. Bununla belə, beynəlxalq təşkilatlar Kiyevə vəsait verilməsinə hazır deyillər və onlar belə hesab edirlər ki, Ukrayna ölkədə mühüm islahatlar həyata keçirmək iqtidarında deyil”.
Bu barədə BBC məlumat yayıb. Məlumatda daha sonra qeyd edilir ki, bu yaxınlara qədər az da olsa uğurla fəaliyyət göstərən firmalar, artıq özlərini güclə dolandırırlar. Belə ki, onların gəlirləri ən yaxşı halda, ancaq xərclərini ödəməyə çatır. Məhz elə buna görə də ölkədəki iş adamları vəziyyətin daha da pisləşəcəyinə hazırlaşırlar. Kiyevin ən böyük internet-satış mərkəzlərindən biri olan “ModnaKasta”nın direktoru BBC-yə bildirib ki, iqtisadi vəziyyətin yaxşılaşmasına ümid edən ukraynalı sahibkarlar dərk edirlər ki, 2015-ci il onlar üçün böyük sınaq ili olacaq. Onlar gələcək üçün hər hansı bir yeni plan qurmaq fikrində deyillər”. Ukraynalı və xarici ekspertlər əmindirlər ki, rəsmi Kiyev yaxın gələcəkdə ölkə iqtisadiyyatını bərpa etmək üçün milyardlarla dollar tapa bilməsə, iqtisadi böhran qaçılmaz olacaq: “Ukraynanın xəzinəsi sürətlə boşalır, hakimiyyət xarici borcları ödəmək iqtidarında deyil”. Qeyd edək ki, 2014-ci ildə Ukraynada ÜDM 8 faiz azalıb. Hazırda ölkənin valyuta ehtiyatları 7,5 milyard dollar həcmində dəyərləndirilir. Belə iddia edilir ki, bir aydan sonra ölkə artıq xarici borc qaytarmaq imkanında olmayacaq. BBC-nin ehtimallarına görə, Ukraynanı da 1998-ci ildə Rusiyada baş vermiş iqtisadi böhranın aqibəti gözləyir. “İnvestisiya Capital Ukrayna” araşdırma şöbəsinin rəisi Aleksandr Valçişen qeyd edir ki, hakimiyyət hər ay, hər gün pul itirir. Boşalmaqda olan xəzinə qarşısında hakimiyyət də çıxılmaz vəziyyətdə qalıb. Onun sözlərinə görə, bu dəqiqə Ukrayna iqtisadiyyatının taleyi Beynəlxalq Valyuta Fondunun əlindədir. Bu təşkilat isə Ukrayna hökumətinə korrupsiyaya qarşı mübarizədə real nəticələr əldə edəcəyi və dövlət xərclərini azaldacağı təqdirdə pul ayırmaq niyyətindədir. Lakin, Kiyev indiyə qədər dünya ictimaiyyətini həyata keçirdiyi tədbirlərin effektivliyinə inandıra bilməyib. Elə bun görə də, nə Beynəlxalq Valyuta Fondu, nə ABŞ, nə də ki, Avropa Birliyi kimi “potensial donorlar” Ukraynaya vəsait verməyə hazır deyillər. Bu səbəbdən də Ukrayna iqtisadiyyatının əsas problemləri həll olunmamış qalır. Ölkə üçün ən ağrılı məsələ dövlət xərclərinin azalmasıdır ki, bu da dövlət məmurları ilə yanaşı iş adamları və sadə vətəndaşları da ciddi şəkildə narahat edir. Hökumətin dövlət xərclərinin azalmasının qaçılmaz olduğunu və ukraynalılar üçün çətin günlərin hələ bitmədiyini acıqlamasına baxmayaraq, əhali ölkədə qiymət və tariflərin artmasından ciddi narahatlıq keçirir. Ötən ilin dekabrında sosial müavinətlərin azalmasına etiraz əlaməti olaraq keçirilən etiraz aksiyası da bunu təsdiqləyir.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib
19.09.2018
QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info