“Türkiyə bu nöqtəni aşıb və keçmişdən qalan basmaqəlib sözləri, bəyanatları geridə qoyub”
Tarix: 21.01.2015 | Saat: 15:08:00 | E-mail | Çapa göndər


Türkiyənin Baş naziri Əhməd Davudoğlu İstanbulda erməni dilində nəşr olunan “Agos” qəzetinin baş redaktoru Hrant Dinkin öldürülməsinin 8-ci ildönümü ilə əlaqədar açıqlama verib. Ə. Davudoğlu H. Dinki həm erməni kökənindən, həm də Türkiyəyə bağlılığından vaz keçmədən türklər və ermənilərin ortaq gələcəklərini inşa etməyin yollarını arayan dəyərli bir Anadolu ziyalısı adlandırıb: “Biz köklü acıların aşılması və tarixi birliyin xatırlanması üçün ürəyini və ağlını ortaya qoyan, türk-erməni dostluğunu özündə birləşdirən Dinkin dostluq yoluna tutduğu məşəlin işığında zehinlərdə və könüllərdə qapılar açmaq istəyirik”.
Ə. Davudoğlu türk-erməni dostluğuna inanan hər kəsi yeni bir başlanğıca dəvət edib və bütün ermənilərə səslənib: “Müharibə şərtlərində məcburi yer dəyişdirmə siyasətinin 1915-ci il hadisələri də daxil olmaqla, qeyri-insani nəticələr doğurduğunu daha öncə də açıqlayan Türkiyə ermənilərin acılarını paylaşır və iki xalq arasında yenidən birgə duyğuların yaranması üçün səbir və qərarlılıqla cəhdlər göstərir. Qarşılıqlı münasibətlərimizi əsir alan düşmənçiliyin aradan qaldırılması üçün başda dialoq qurulması olmaqla, hansı addımları atmağın lazım gəldiyini göstərən Türkiyə baş nazirinin 23 aprel 2014-cü il tarixli başsağlığı mesajı bu cəhdlərin ən bariz ifadəsidir. Zamanı 1915-ci ildə donduran böyük travmanı geridə buraxmağın yolu tabuların yıxılması ilə başlaya bilər. Türkiyə bu nöqtəni aşıb və keçmişdən qalan basmaqəlib sözləri, bəyanatları geridə qoyub”.
Ə. Davudoğlu eyni coğrafiyanı və uzun bir tarixi bölüşən türklər və ermənilərin bütün məsələləri yalınız öz aralarında müzakirə edə biləcəklərini və həll yollarını da yalnız birlikdə axtara biləcəklərini vurğulayıb: “Qarşılıqlı etimad və əməkdaşlıq anlayışını inkişaf etdirmək, 800 illik ortaq tariximizin işığında bir-birimizi yenidən tanımaq, insani əlaqələr qurmaq vacibdir. Bu anlayışla erməni dostlarımızı Türkiyəni daha çox ziyarət edərək qarşılıqlı etimadsızlığı aradan qaldırmağa dəvət edirik”.
Açıqlama erməni dili də daxil olmaqla, 8 dildə yayılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
İrandan Avropa İttifaqına xəbərdarlıq
22.08.2019
Hindistan Cammu Kəşmirdə əlavə hərbi qüvvə yerləşdirdi
22.08.2019
İslam Əməkdaşlıq Təşkilatı Qüdsün Fələstinin paytaxtı olduğunu vurğuladı
21.08.2019
Husilәr ABŞ-a mәxsus PUA-nı vurdu
21.08.2019
Misir və Çinin Aralıq dənizində birgə hərbi təlimi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info