Ötən il ümumi daxili məhsul istehsalı 2,8% artıb
Tarix: 21.01.2015 | Saat: 15:48:00 | E-mail | Çapa göndər


2014-cü il ərzində Azərbaycanda 59,0 mlrd. manatlıq və ya əvvəlki illə müqayisədə 2,8% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ÜDM-in hər nəfərə düşən həcmi 6264,1 manat, yaxud 7985,9 ABŞ dolları təşkil edib və 2013-cü ilə nisbətən 1,5% artıb.
Bu dövrdə ölkə rezidentləri tərəfindən cari qiymətlərlə 87,9 mlrd. manatlıq məhsul və xidmətlər istehsal olunub ki, bu da 2013-cü ildəkindən 2,8 mlrd. manat çoxdur. Məhsul istehsalına sərf edilmiş mal və xidmətlərin dəyəri 28,9 mlrd. manat və ya məhsul və xidmətlər buraxılışının 32,9%-ni təşkil edib.
Yola saldığımız ildə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 7,0% artıb, onun ÜDM-də xüsusi çəkisi 61,0%-dək yüksəlib. Ümumi daxili məhsulun 39,0%-i neft-qaz sektorunun payına düşüb və əvvəlki ilə nisbətən 2,9% azalıb. Bu dövrdə sənayedə 24,5 mlrd. manatlıq, yaxud ümumi daxili məhsulun 41,5%-i qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 3,1 mlrd. manatlıq (müvafiq olaraq 5,3%), tikintidə 7,4 mlrd. manatlıq (12,5%) əlavə dəyər yaradılıb.
ÜDM istehsalının 33,4%-i xidmət sahələrinin, o cümlədən 7,9%-i ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlərin, 4,5%-i nəqliyyat və anbar təsərrüfatının, 2,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsinin, 1,8%-i informasiya və rabitə xidmətlərinin, 17,0%-i isə sosial və digər xidmət sahələrinin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,3%-ni təşkil edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Ekspro” şirkəti Azərbaycanın neft-qaz sahəsində mövqeyini gücləndirir
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info