20 Yanvar faciəsinin qurbanlarının xatirəsi Qlazqoda anılıb
Tarix: 21.01.2015 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Böyük Britaniyanın Qlazqo Universitetində təhsil alan azərbaycanlı tələbələr “Mənim adım 20 Yanvardır” (My name is 20 January) adlı anım aksiyası keçiriblər.
Aksiya çərçivəsində həmyerlilərimizlə birgə təhsil alan əcnəbilər Qlazqo Universitetinin müxtəlif yerlərində üzərində 1990-cı ilin 20 yanvar tarixində vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş insanların ad və soyadları çap edilmiş kağızlar tutaraq, dünya ictimaiyyətinin diqqətini 20 Yanvar hadisəsinə cəlb ediblər.
Aksiya təşkilatçısı, həmyerlimiz Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Beynəlxalq əlaqələr departamentinin sabiq direktoru Toğrul Məmmədlinin sözlərinə görə, aksiyada Azərbaycan da daxil olmaqla 30-a yaxın ölkənin (Meksika, Moldova, Pakistan, Vyetnam, Fransa və s.) tələbələri iştirak ediblər.
“Onların hər birinə 20 Yanvar hadisələri, şəhidlərimiz, Azərbaycanın müstəqillik dövründəki ilk addımları və ölkəmizin indiki inkişafı, uğur və nailiyyətləri haqqında da geniş məlumat verilib” – deyə, Toğrul Məmmədli bildirdi.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info