“Azərbaycan biznesinin forumda iştirakını səbirsizliklə gözləyirik”
Tarix: 21.01.2015 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


“Şərq Tərəfdaşlığı” ölkələri, o cümlədən Azərbaycanla əməkdaşlıq Latviyanın Avropa İttifaqı Şurasındakı sədrliyinin prioritet məsələlərindən biridir. Bunu Latviyanın xarici işlər naziri Edqars Rinkeviç “Trend”ə müsahibəsində deyib. Nazir bildirib ki, 2015-ci il mayın 21-də Riqada “Şərq Tərəfdaşlığı” biznes-forum keçiriləcək: "Biz Azərbaycan biznesinin bu forumda iştirakını səbirsizliklə gözləyirik. Hesab edirik ki, bu biznes-forum iki ölkədəki biznesə yeni təkan verəcək".
Onun sözlərinə görə, Latviya əla dəmir yolu, liman infrastrukturu, eləcə də əmək bazarının rəqabətqabiliyyətliliyi sayəsində Avropanın nəqliyyat və logistika sektorunda güclü oyunçuya çevrilib: “Hesab edirik ki, bu sahə azərbaycanlı sərmayəçilər üçün də cəlbedici ola bilər”.
E.Rinkeviç qeyd edib ki, xarici investisiyaların cəlb edilməsi üçün Latviyanın başqa prioritetli sektorları metal emalı və avadanlıqların, informasiya texnologiyalarının istehsalı, bioloji elmlər, səhiyyə, ağac emalı sənayesi, yaşıl texnologiyalar və yeyinti sənayesidir: "Həmçinin, Azərbaycandan olan sahibkarlar Latviyanın “Stenders”, “Dzintars”, “Madara Cosmetics”, “Lauma Lingerie”, “Attirance”, “Rosme” kimi uğurlu şirkətləri ilə əməkdaşlıq imkanlarına baxa bilərlər".
Nazir hesab edir ki, bu şirkətlərin məhsullarına Azərbaycanda yaxşı tələbat ola bilər.
O, deyib ki, Latviya Azərbaycana Cənubi Qafqaz regionunda mühüm tərəfdaş kimi baxır: "İkitərəfli münasibətlər doğru yoldadır və biz əlaqələrimizdən məmnunuq. Latviya və Azərbaycan arasında siyasi dialoq aktiv və konstruktivdir".
XİN rəhbərinin sözlərinə görə, Latviya Azərbaycanın liderlərini Riqada keçiriləcək “Şərq Tərəfdaşlığı” Zirvə toplantısında salamlamaqdan məmnun olacaq. Eyni zamanda, o, qeyd edib ki, iqtisadi əməkdaşlıq üçün daha çox səy göstərmək lazımdır, çünki bu, son nəticədə hər iki xalqa və cəmiyyətə fayda gətirəcək: “Biz bu sahədə müsbət tendensiya görürük: 2014-cü ilin ilk 9 ayında ticarətimiz 25 faiz artıb. Ölkələrimiz arasında ticarət yaxşı vəziyyətdədir, lakin daha da yaxşı ola bilər”.
E.Rinkeviç bildirib ki, iqtisadi əməkdaşlıq üçün imkanlardan istifadəni davam etdirmək vacibdir: "Hesab edirik ki, Azərbaycanda da, Latviyada da konkret olaraq İT, səhiyyə, sənaye, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində birgə çalışmaqdan ötrü biznes üçün yaxşı perspektivlər mövcuddur".
Bundan başqa, onun sözlərinə görə, Latviya islahatlar sahəsində də öz təcrübəsini bölüşməyə hazırdır. Bunu həyata keçirməyin üsullarından biri təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və Azərbaycandan Latviyanın ali məktəblərinə çoxlu sayda tələbənin cəlb edilməsidir.
Hazırda Azərbaycandan 125-ə yaxın tələbə Latviyada təhsil alır.
Nazir deyib ki, 2015-ci ildə Latviya “Şərq Tərəfdaşlığı” regionu və Mərkəzi Asiya, eləcə də Azərbaycandan olan tələbələr üçün Avropa hüququ və iqtisadiyyatı üzrə qabaqcıl proqramları təqdim etməkdə davam edəcək.
Qeyd edək ki, Latviya 2015-ci il yanvarın 1-dən iyunun 30-dək Avropa İttifaqı Şurasına sədrlik edəcək.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info