“The Jakarta Post” 20 Yanvar faciəsindən yazdı
Tarix: 21.01.2015 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə “The Jakarta Post” qəzetində ”Azərbaycan tarixində qara yanvar” adlı məqalə dərc olunub.
Məqalədə 1980-ci illərin ikinci yarısında erməni millətçilərinin keçmiş Sovet İttifaqında yaranan qarışıqlıqdan istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ vilayətini Ermənistana birləşdirmək niyyətləri barədə məlumat verilir. Bildirilir ki, keçmiş SSRİ-nin rəhbəri M.Qorbaçov onlara bu məkrli planın həyata keçirilməsi üçün dəstək verirdi. Qeyd edilir ki, Ermənistanda həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində ötən əsrin 80–ci illərinin sonlarında 250 min azərbaycanlı öz ata-baba yurdlarından zorla qovulub, 200-dən artıq insan amansızlıqla qətlə yetirilib. Buna etiraz edən azərbaycanlılar Bakı və digər şəhərlərdə meydanlara çıxaraq kommunist rejiminə etimadsızlıq göstərilməsi və Azərbaycana müstəqillik verilməsi barədə şüarlarla çıxışlara başladılar.Sonra müəllif 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun böyük kontingentinin Bakıya daxil olması və silahsız insanlara atəş açması haqqında məlumat verir, bu aksiyanın SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarına və insan hüquqları haqqında beynəlxalq paktın müddəalarına zidd olduğu vurğulanır. Bildirilir ki, əməliyyatın əsl məqsədi müstəqillik həsrəti ilə yaşayan Azərbaycan xalqına dərs vermək idi.
Məqalə Azərbaycan xalqının Vətənin ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçənləri heç zaman unutmayacağı və onların xatirəsini daim əziz tutacağı barədə fikirlə tamamlanır.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info