“Gümrü olayından istifadə edib geosiyasi üstünlük əldə etmək istəyirlər”
Tarix: 21.01.2015 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


Bir ailənin qətlə yetirildiyi Ermənistanın Gümrü vilayətindəki faciəni siyasiləşdirmək cəhdi yolverilməzdir. “RİA Novosti” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Rusiyalı nazir mətbuat konfransında deyib: "Biz bu hadisənin siyasiləşdirilməsinə cəhdlər edildiyini görürük. Həmin cəhdlər nə Ermənistan, nə də Rusiya rəhbərliyindən irəli gəlir. Bir çox arzu edənlər yenə də bu faciədən hansısa geosiyasi üstünlük əldə etmək üçün istifadə edirlər. Bu, yolverilməzdir”.
Lavrov qeyd edib: "Biz bu cinayətin cəzasız qalmaması, günahkarın ən ciddi şəkildə cəzalandırılması üçün hər şeyi edəcəyik və bundan sonra bir daha belə hadisənin baş verməməsindən ötrü əlimizdən gələni əsirgəməyəcəyik”.
O, əlavə edib ki, bu hadisədən Rusiya-Ermənistan münasibətləri “zərər çəkmir".
Lavrov müttəhim üzərində məhkəmə prosesinin maksimum açıq keçiriləcəyinə və adekvat hökm çıxarılacağına əmin olduğunu da bildirib: "Biz məhkəmə prosesinin Ermənistan ərazisində keçiriləcəyini, onun maksimum açıq, birgə aparılacağını təsdiqləyirik. Əminəm ki, məhkəmə tezliklə cəld və adekvat hökm, törədilən dəhşətli cinayətə uyğun qərar çıxaracaq”.
Qeyd edək ki, yanvarın 12-də Ermənistanın Gümrü şəhərində 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Qətli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakov törədib. Rusiya sərhədçiləri tərəfindən ələ keçirilən V.Permyakov artıq günahını etiraf edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info