Gəncə Şəhər İcra Hakimiyyətində şəhid ailələri ilə görüş olub
Tarix: 21.01.2015 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Gəncə Şəhər İcra Hakimiyyətində şəhid ailələrinin nümayəndələri ilə görüş keçirilib. Şəhid ailələrinin təklif, müraciət və şikayətlərinə baxılması, onların ehtiyaclarının təmin edilməsi məqsədilə keçirilən görüşdə şəhərin idarə, təşkilat və müəssisə rəhbərləri də iştirak ediblər. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhid ailələrinin üzvlərinin hər birini ayrılıqda dinləyərək onların qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb.
Görüşdə şəhid ailələrinin üzvləri çıxış edərək işlə təminat, mənzil və ya torpaq sahəsinin ayrılması, qəzalı evlərin təmiri, eləcə də təbii qaz, işıq, su təminatı sahəsində mövcud nöqsanların aradan qaldırılması ilə bağlı müraciətlər ediblər. Səsləndirilən müraciətlərin bir qismi yerindəcə həll edilib, bir qisminin həlli üçün aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıqlar verilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub
17.01.2019
Heyvan kəsimi ilə məşğul olanlarla görüşdə işin daha səmərəli təşkili məsələləri müzakirə edilib
17.01.2019
“AtaSığorta” Könüllü Tibbi Sığorta üzrə “Ailə paketi” adlı məhsul təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info