İqtisadiyyat və Sənaye Nazirliyində görüş keçirilib
Tarix: 21.01.2015 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Yaponiya xarici işlər nazirinin müavini Minoru Kiuçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini qeyd edib, əməkdaşlığın genişlənməsində dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin mühüm əhəmiyyətini vurğulayıb. İndiyədək müxtəlif sahələrdə əməkdaşlıq üzrə 17 sənəd imzalanıb, müqavilə-hüquq bazasının formalaşdırılması işləri davam etdirilir. Hazırda Azərbaycanda 19 Yaponiya kapitallı şirkət fəaliyyət göstərir. Bildirilib ki, “Azərbaycan Hökuməti və Yaponiya Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”in imzalanması iqtisadi əlaqələrin gələcək inkişafı baxımından əhəmiyyətlidir və bu sahədə işlərin sürətləndirməsi məqsədəuyğundur. Artıq saziş layihəsi Yaponiya tərəfinə təqdim edilib.
Azərbaycanın təbii ehtiyatlarla zəngin ölkə olduğunu qeyd edən nazir Şahin Mustafayev ölkəmizdə dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edəcək polad istehsalı kompleksinin yaradıldığını, bu sahədə Yaponiya təcrübəsinin faydalı olacağını bildirib. Artıq İqtisadiyyat və Sənaye Nazirliyi ilə Yaponiyanın “Marubeni Corporation” şirkəti arasında müqavilə imzalanıb və şirkət Azərbaycan tərəfinə məsləhət xidməti göstərir. Bununla yanaşı, Azərbaycanda sənaye parklarının, o cümlədən Sumqayıt Kimya Sənaye Parkının təşkili istiqamətində işlər aparılır. Nazir Şahin Mustafayev sənaye parklarında Yaponiya şirkətlərinin iştirakı və bu sahədə təcrübə mübadiləsi, həmçinin kimya sahəsində əməkdaşlıq imkanlarını Yaponiya tərəfinin diqqətinə çatdırıb. Bununla yanaşı, maşınqayırma, əczaçılıq, qida sənayesi, alternativ enerji, informasiya texnologiyaları, turizm sahələrində də əməkdaşlıq imkanlarının olduğu bildirilmiş, yapon şirkətləri əməkdaşlığa dəvət edilib.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin qazandığı uğurlar barədə məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini diqqətə çatdırıb.
Yaponiya xarici işlər nazirinin müavini Minoru Kiuçi Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkələrimiz arasında əlaqələrin inkişafında Yaponiya tərəfinin maraqlı olduğunu vurğulayıb. Azərbaycan iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun inkişafının onda yüksək təəssürat yaratdığını qeyd edən nazir müavini bundan sonra da Azərbaycan-Yaponiya əlaqələrinin inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın bir sıra sahələri üzrə müzakirələr aparılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib
22.02.2019
“KOB Dostu” artıq Abşeronda
22.02.2019
Bu il ilk dəfə Beyləqanda innovativ texnologiya ilə pambıq becəriləcək
22.02.2019
Lənkəranda güzəştli kreditlərdən istifadə edilməklə sitrus bağçılıq təsərrüfatları yaradılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info