AMEA-nın İctimai və Humanitar Elmlər bölməsi iki hissəyə ayrılacaq
Tarix: 21.01.2015 | Saat: 21:14:00 | E-mail | Çapa göndər


“Azərbaycan Milli Elmlər Akademiyasının yeni nizamnaməsinə əsasən, AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatı AMEA Rəyasət Heyətinin aparatı adlandırılacaq”. Bunu AMEA Rəyasət Heyətinin iclasında AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli deyib. Vitse-prezident bildirib ki, akademiyanın Rəyasət Heyətindən başqa onun institutlarında aparat strukturu yoxdur. Onun sözlərinə görə, belə olan halda AMEA Rəyasət Heyətinin Mərkəzi aparatının AMEA Rəyasət Heyətinin aparatı adlandırılması daha məqsədəuyğun olardı.
İclasda Nizamnaməyə uyğun olaraq, AMEA Rəyasət Heyəti aparatının strukturuna daxil olan idarə və şöbələrin, AMEA-nın elmi müəssisə və təşkilatlarının, regional elmi bölmələrin və regional elmi mərkəzlərin nizamnamə və əsasnamələrinin dəyişdirilməsi qərara alınıb. AMEA prezidenti Akif Əlizadə tapşırıq verib ki, institutların yeni nizamnamələri hazırlansın. Həmin nizamnamələr təsdiq olunması üçün Ədliyyə Nazirliyinə göndəriləcək.
İ. Həbibbəyli bildirib ki, AMEA-nın İctimai və Humanitar Elmlər bölməsi iki hissəyə ayrılacaq. Onun sözlərinə görə, bundan sonra bu bölmələrə hansı institutların daxil ediləcəyi müəyyənləşdirilməlidir.
Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə həvalə edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlandı
23.01.2019
Regional konfrans işini panel formatında davam etdirib
23.01.2019
Səfər Mehdiyev Şirvanda vətəndaşları qəbul edəcək
23.01.2019
Azərbaycana səfər edən hindistanlı turistlərin sayı artıb
23.01.2019
UNICEF: Azərbaycanda xəstəxanalarda yenidoğulanlara süni uşaq qidaları verilməməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Dərslər təxirə salındı
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info