Mətbuat Şurasının Prezident sərəncamından irəli gələn görüşləri davam edir
Tarix: 21.01.2015 | Saat: 21:31:00 | E-mail | Çapa göndər


Bu gün Mətbuat Şurasının sədri Əflatun Amaşov «Xalq cəbhəsi» qəzetinin redaksiyasında bu kütləvi informasiya vasitəsinin yaradıcı kollektivi ilə görüş keçirib.
Görüş Prezident İlham Əliyevin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında» 24 sentyabr 2014-cü il tarixli sərəncamından irəli gələn vəzifələrin reallaşdırılması məqsədi daşıyıb.
MŞ sədri Əflatun Amaşov bildirib ki, dövlət başçısının sərəncamında Mətbuat Şurasına hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısının alınması məqsədi ilə kütləvi informasiya vasitələri və əhali arasında təbliğat-izahat işini təşkilinin tövsiyə olunduğunu diqqətə çatdırıb. Ə.Amaşov rəhbərlik etdiyi qurumun sənəddən irəli gələrək bir sıra «dəyirmi masa»lar və toplantılar təşkil etdiyini diqqətə çatdırıb. O, eyni zamanda MŞ-nin İdarə Heyətinin üzvlərinin gələcəkdə də redaksiyalara baş çəkəcəklərini və bu görüşlərin mütəmadi xarakter daşıyacağını vurğulayıb.
Görüşdə cəbhə xətti ilə bağlı materiallardakı spesifik cəhətlər ətrafında müzakirələr aparılıb. Jurnalistlərin dövlət sirrinin mühafizəsi ilə bağlı məqamlara həssas yanaşmalarının zəruriliyi əsaslandırılıb. Bununla əlaqədar suallar cavablandırılıb, maraq doğuran məsələlərin təhlili verilib.
Qeyd edək ki, indiyədək dövlət başçısının sözügedən sərəncamından irəli gələn tədbirlərin reallaşdırılması məqsədilə MŞ-nin İdarə Heyəti üzvlərinin «Xalq qəzeti»ndə, «Azərbaycan», «Kaspi» və «Azərbaycan müəllimi» qəzetlərində, həmçinin Azadinform İnformasiya Agentliyində redaksiya əməkdaşları ilə görüşləri baş tutub.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info