“Atletiko” sponsorunu dəyişir
Tarix: 21.01.2015 | Saat: 21:56:00 | E-mail | Çapa göndər


Çinin "Dalian Vanda" şirkətinin sahibi Van Çyanlin "Atletiko"nun səhmlərinin 20 faizini alıb. Klubun saytının yaydığı xəbərə görə, tərəflər arasında Pekində imzalanan müqaviləyə əsasən, "Dalian Vanda" buna görə Madrid klubuna 45 milyon avro ödəyəcək. Müqaviləyə uyğun olaraq, Çində 3 futbol məktəbi açılacaq və "Atletiko" bu il Çinə səfər edəcək.
Şirkət Madriddə Çin futboluna dəstək məqsədilə 34 milyon dollar ayıracaq. Bu layihəyə əsasən, 2017-ci ilə qədər 180 perspektivli çinli futbolçu İspaniyada hazırlıq keçəcək. Qeyd edək ki, Çyanlin Çinin ikinci ən varlı adamıdır. Onun sərvətinin təqribən 18 milyard dollar olduğu bildirilir. Xarici mətbuatın yazdığına əsasən, Van Çyanlinin rəhbəri olduğu "Dalian Vanda” şirkəti gələcəkdə “Atletiko”nun forma sponsoru da ola bilər. Hazırda “Atletiko”nun əsas titul sponsoru Azərbaycan tərəfidir. Komanda 2013-cü ilin əvvəlindən oyunlara üzərində “Land of fire Azerbaijan” yazılan formalarla çıxır. Bu, “Atletiko” ilə “Bakı” klubları arasındakı əməkdaşlıq çərçivəsində baş tutub. Bu müqavilənin müddəti 2014/15 mövsümünun sonunda başa çatır.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
17.11.2018
Azərbaycanın paracüdoçusu dünya çempionu olub
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info