Velosipedçilərimiz Avropa Oyunlarına İspaniyada hazırlaşır
Tarix: 21.01.2015 | Saat: 21:58:00 | E-mail | Çapa göndər


İspaniyanın Kalpe şəhərində Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun, həmçinin “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlaşan dağ velosipedi üzrə yığma komandamızın qış hazırlığı start götürüb.
Təlim-məşq prosesinin ilk günündə velosipedçilər məşqə çıxmazdan əvvəl qollarına qara sarğı bağlayaraq 20 Yanvar şəhidlərinin ruhuna ehtiramlarını bildiriblər. Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev “Synergy Baku”nun yeni üzvlərinə 20 Yanvar faciəsi barədə məlumat verib və daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İlk məşq günündə velosipedçilərimiz dağ yolları ilə 200 kilometrə yaxın məsafə qət ediblər. Təlim-məşq toplantısı yanvarın 30-dək davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
İtaliya A Seriyası : “Milan” səfərdə “Cenoa”nı məğlubiyyətə uğradıb
21.01.2019
İngiltərə Premyer Liqası: “Mançester Siti” meydandan qalib ayrılıb
21.01.2019
Şahmat üzrə Azərbaycan çempionatında beşinci turun oyunları keçirilib
20.01.2019
“Real Madrid“ “Sevilya“nın qapısından iki cavabsız top keçirib
19.01.2019
İngiltərə Premyer Liqası: “Liverpul“ və “Mançester Yunayted“ qələbə qazanıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info