M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında görüş
Tarix: 21.01.2015 | Saat: 22:26:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin dəvəti ilə Hyuston Universitetinin rektoru və prezidenti Dr. Renu Xaturun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Nümayəndə heyətinin tərkibinə universitetin Qlobal strategiyalar və araşdırmalar üzrə prorektoru Ceyms Ortiz, Enerji məsələləri üzrə baş mütəxəssis Ramanan Krişnamurti, Elizabet Rokvel adına Kallen mühəndislik kollecinin dekanı Cozef Tedesko və magistratura şöbəsinin dekan müavini Sureş Xatur daxil idi. Səfər zamanı nümayəndə heyəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Milli Elmlər Akademiyası, ADA Universiteti və Bakı Dövlət Universitetinin rəhbərliyi arasında ikitərəfli görüşlər keçirildi.
16 yanvar tarixində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü prof. Nərgiz Paşayeva da qonaqlarla görüşmüşdü. Görüşdə ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri və həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə qonaqlara məlumat verilərək, ikitərəfli əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıldı. Rektor N.Paşayeva hazırda Oksford Universiteti ilə birgə Azərbaycanın tarixi və mədəniyyətinin araşdırılmasına yönəlmiş böyük bir layihənin üzərində iş getdiyini, Hyuston Universitetinin də bu layihədə iştirak edə biləcəyini qeyd edərək, rektor R.Xatura layihəyə qoşulmaq təklifini irəli sürdü. Öz növbəsində Dr. R.Xatur məmnuniyyətlə layihəyə qoşula biləcəklərini bildirdi.
Rektor N. Paşayeva, həmçinin Azərbaycan qadınlarının cəmiyyətdə tarixən mühüm statusa malik olduğunu vurğuladı.
Dr. R.Xatur fəaliyyət istiqamətləri baxımından hər iki universitet arasında birgə əməkdaşlıq üçün imkanların olduğunu və bu tərəfdaşlığın həyata keçirilməsinə hərtərəfli dəstək göstəriləcəyini bildirdi.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info