“AİTF 2015“ sərgisində 400-ə yaxın şirkət iştirak edəcək
Tarix: 22.01.2015 | Saat: 15:08:00 | E-mail | Çapa göndər


Bu il aprelin 2-dən 4-dək Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi ("AİTF 2015") keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, builki sərgidə hava yolları, aviadaşıyıcılar və aviaagentlər, turoperatorlar və turagentlər, iştirakçı ölkələrin milli turizm təşkilatları, mehmanxana və hotel şəbəkələri, sanatoriyalar, pansionatlar, müalicəvi-sağlamlaşdırıcı və SPA məkanları öz xidmətlərini təklif edəcəklər.
Eyni günlərdə 9-cu Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi ("HOREX Caucasus 2015") də işə başlayacaq. "HOREX Caucasus 2015" sərgisində mehmanxana və restoran biznesinin aparıcı nümayəndələri, dünya hotel şəbəkələri, kiçik mehmanxana, sanatoriya və pansionatlar, habelə supermarketlər, biznes mərkəzləri, restoran və kafelər üçün lazımi avadanlıqlar nümayiş etdiriləcək.
Məlumat üçün bildirək ki, builki sərgidə 35 ölkə və 400-ə yaxın şirkət qeydiyyatdan keçib. Sərgi gününədək bu say daha da çoxala bilər.
Qeyd edək ki, hər il keçirilən AİTF sərgisində səyahətlər, işgüzar turizm, müalicəvi və istirahət sahələrində ən son yeniliklər nümayiş etdirilir. Sərgi hər il dünyanın müxtəlif ölkələrindən bu sahənin peşəkarlarını və qonaqları Azərbaycana toplayır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info