“ASAN könüllüləri” Binəqədi RİH-də təcrübə keçirlər
Tarix: 22.01.2015 | Saat: 15:24:00 | E-mail | Çapa göndər


Binəqədi Rayon İcra Hakimiyyətində “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin üzvləri ilə görüş keçirilib. Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov görüş zamanı gənclərə başladıqları işdə uğurlar arzulayıb. RİH başçısı Prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış ASAN xidmətin ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyətindən və bütövlükdə məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasındakı rolundan danışıb, gənclərin bu işə könüllü qoşulmasını yüksək qiymətləndirib. X.İsgəndərov vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yaradılmış “ASAN xidmət” mərkəzinin təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda, beynəlxalq miqyasda örnək kimi qəbul olunduğunu vurğulayıb. Çıxışda dekabr ayının 16-da ASAN Könüllülərinin I Ümumrespublika Forumunun keçirilməsi və Prezident İlham Əliyevin tədbirdəki çıxışının öz ictimai məsuliyyətini dərk edən gənclərdən ibarət könüllülərin fəaliyyətinə güclü stimul yaratdığı xüsusi qeyd edilib.
Görüşdə çıxış edən “ASAN xidmət” mərkəzinin İnsan resursları və təlim şöbəsi müdirinin müavini Cahangir Hacıyev “ASAN Könüllüləri”nin Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında keçəcəyi iş təcrübəsini yerli icra hakimiyyətləri ilə ilk əməkdaşlıq olduğunu bildirib.
Görüşdən sonra könüllü gənclər Binəqədi RİH başçısı Aparatının və YAP Binəqədi rayon təşkilatının inzibati binaları ilə tanış olublar.
Yanvar ayının 21-dən etibarən 13 nəfər gəncdən ibarət “ASAN könüllüləri” Binəqədi RİH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlayıb, onlar peşə istiqamətlərinə uyğun olaraq aidiyyəti şöbələr üzrə bölüşdürülüblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.12.2018
Gədəbəyin 8 yaşayış məntəqəsinə təbii qaz verilib
18.12.2018
72 nəfər Naxçıvana müalicə müəssisələrinə göndərilib
18.12.2018
423 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul edildi
18.12.2018
30-dan çox müəssisə 270 vakant iş yeri təklif edib
18.12.2018
Bu il 41 rayondan olan 151 fermerə 10 milyon manat kredit verilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info