“Excelsior Hotel Baku” yeni peşəkar tədris proqramını təklif edir
Tarix: 22.01.2015 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


“Excelsior Hotel Baku” oteli mehmanxana sektorunda peşəkar tədris ilə bağlı yeni proqramın başlanmasını elan edib. Otelin İnsan resursları departamenti tərəfindən təcrübə toplamağın yeni proqramı işlənib hazırlanmış və tətbiq edilib ki, bu proqram kulinar və aşpaz hazırlayan texniki-peşə məktəbləri şagirdlərini və Turizm İnstitutunun tələbələrini əhatə edir. Bir ay ərzində tələbəlik təcrübəsini keçmək imkanı mövcud olan əvvəlki illərdən fərqli olaraq, indi praktiki biliklər əldə etmək üçün imkanlar xeyli genişlənib. Pulsuz öyrədici proqram 6 ay üçün nəzərdə tutulmuş, proqram başa çatdıqdan sonra müvafiq sertifikat verilir.
“Excelsior Hotel Baku” otelinin İnsan resursları departamentinin meneceri Kamran Rzayevin qeyd etdiyi kimi, bundan qarşılıqlı fayda göz qabağındadır, tələbələr bilavasitə iş yerlərində praktiki təcrübə keçir, otelin kadr xidməti isə - gələcəkdə namizəd ola biləcək əməkdaşlar əldə edir. Bu proqram adi tələbə təcrübəsindən xeyli genişdir və gənclərin seçdikləri profil üzrə işə düzəlməsinə kömək edir. Bu gün “Excelsior Hotel Baku” oteli – yüzlərlə insan üçün peşəkar inkişaf, karyerada yüksəliş və özünü reallaşdırma üçün imkanlar deməkdir.
Qeyd edək ki, “Excelsior Hotel Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. “Excelsior Hotel Baku” oteli 1 “İmperial” lüks, 2 “Royal” lüks, 4 “Crown” lüks, 45 “Heritage” deluks, 9 “Duke” kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, “Aura” sağlamlıq mərkəzindən ibarətdir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info