Azərbaycan təşkilatı Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçildi
Tarix: 22.01.2015 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil qərargahında məşhur Pensylvaniya Universiteti tərəfindən hazırlanan dünyanın aparıcı beyin mərkəzlərinin reytinqi ilə bağlı beynəlxalq hesabat təqdim edilib. Hesabatın təqdimatı eyni zamanda dünyanın 62 ölkəsində də təşkil edilib. Qlobal reytinqlər müəyyənləşdirilən zaman dünyanın 182 ölkəsini təmsil edən 6545 beyin mərkəzi arasında sorğu keçirilmiş və sorğunun nəticələri 1500 ekspert tərəfindən qiymətləndirilmişdir. Beynəlxalq qiymətləndirmədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzi seçildiyi elan olunub.
Mərkəzin rəhbəri, tanınmış iqtisadçı alim Vüqar Bayramov bildirib ki, hələlik dünyada yeganə qlobal qiymətləndirmə olan və kifayət qədər nüfuzlu beynəlxalq hesabatda regionun aparıcı beyin mərkəzinin Azərbaycan təşkilatı olması sevindirici olmaqla yanaşı, eləcə də ölkəmizdə elmi və praktik tədqiqatların inkişaf səviyyəsini göstərir. İSİM regionun top beyin mərkəzi olmaq üçün Cənubi Qafqazın 3, Orta Asiyanın 5 ölkəsini və eləcə də Əfqanıstanı təmsil edən təşkilatlar ilə rəqabət aparıb.
Son illər hər zaman İSİM-in regionun aparıcı beyin mərkəzi seçildiyini deyən Vüqar Bayramov bildirib ki, rəhbərlik etdiyi təşkilatın hazırladıqları hesabatlar dünyanın müxtəlif dövlət və elmi qurumları tərəfindən istifadə edilir. İSİM-in iqtisadi araşdırmaları beynəlxalq təşkilatlar tərəfindən daimi olaraq izlənilir. Təşkilatın tədqiqatlarından Azərbaycan hökuməti ilə yanaşı bir sıra qonşu dövlətlərin də hökumətləri faydalanırlar.
İqtisadçı alim onu da dedi ki, region birinci olmaq 2015-ci il üçün İSİM üçün yeni prioritetlər müəyyənləşdirməklə yanaşı ciddi məsuliyyət də formalaşdırır. Biz region ilə yanaşı qlobal arenadakı mövqeyimizi də qoruyub saxlamağa, gücləndirməyə çalışacayıq.
Qeyd edək ki, İSİM hesabatda əksər kateqoriyalar üzrə dünyanın aparıcı beyin mərkəzləri siyahısına daxil edilib. Eyni zamanda, İSİM nəşr etdiyi “Gömrük İttifaqına üzvlük: Azərbaycan üçün yeni strategiya” adlı əsəri bir sıra aparıcı beynəlxalq qurumların nəşrlərini geridə qoyaraq 2014-cü ildə dünyada hazırlanan ən yaxşı 25 əsər siyhasına daxil edilib.
Aparıcı beyin mərkəzlərinə mükafatların təqdim edilməsi bu ilin yazında Yaponiyanın paytaxtı Tokyo şəhərində təşkil olunacaq. İSİM Cənubi Qafqaz və Orta Asiyanı sözügedən tədbirdə təmsil edəcək.

İlkin




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info