Çanaqqala zəfərinin təntənəsi Azərbaycanın Dağlıq Qarabağda qələbəsinin paroludur
Tarix: 22.01.2015 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi dövlət səfəri zamanı ölkəmizin Çanaqqala zəfərinin 100 illiyini Türkiyə Cümhuriyyəti ilə birlikdə qeyd edəcəyini bəyan etməsi xalqlarımızın ciddi sınaqlardan çıxmış sarsılmaz birliyinə və hazırda yeni tarixi şəraitdəki möhkəm və etibarlı həmrəyliyinə dövlət səviyyəsində verdiyi yüksək qiyməti və bəslədiyi böyük inamı bir daha ön mövqeyə çəkməsi deməkdir.
Türkiyə Cümhuriyyətində Çanaqqala zəfərinin 100 illiyinin qeyd edilməsinə dair qəbul edilmiş qərarlar qardaş ölkənin ərazilərinin düşmən əsarətindən xilas edilməsinin ən həlledici tarixi hadisəsinin, böyük dönüş məqamının beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Bu, Türkiyədə və ümumən türk dünyasında müstəqil dövlətçiliyin, torpaq və vətən ideallarının daha da qüvvətlənməsinə təkan verəcək mühüm hadisə olacaqdır. Çanaqqala zəfərinin yüksək səviyyədə anılması həmin tarixi proseslərdə əsil qardaşlıq nümunəsi göstərmiş, bu böyük qurtuluş savaşında könüllü olaraq iştirak etmiş və Anadolu torpaqlarında şəhid olmuş Azərbaycan oğullarının da xatirəsinə ehtiramın ifadəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi dövlət səfəri zamanı ölkəmizin Çanaqqala zəfərini Türkiyə Cümhuriyyəti ilə birlikdə qeyd edəcəyini bəyan etməsi xalqlarımızın ciddi sınaqlardan çıxmış sarsılmaz birliyinə və hazırda yeni tarixi şəraitdəki möhkəm və etibarlı həmrəyliyinə dövlət səviyyəsində verdiyi yüksək qiyməti və bəslədiyi böyük inamı bir daha ön mövqeyə çəkməsi deməkdir. Bəyanatda bütövlükdə Azərbaycan xalqı adından çıxış edən möhtərəm Prezidentimizin Çanaqqala zəfərinin birlikdə qeyd ediləcəyi barədəki qəti mövqeyi Türkiyə və Azərbaycan dövlətlərinin və xalqlarının bütün tarixi dövrlərdə olduğu kimi, bu gün də birlik və bərabərlik içində olduqlarını, Çanaqqala savaşından çıxan ibrət dərslərinin hər iki ölkə üçün xüsusi əhəmiyyət kəsb etdiyini dünya ictimaiyyəti qarşısında nümayiş etdirməyə uğurla xidmət edir.
Azərbaycan tarixçilərinin Türkiyə Cümhuriyyətinin milli istiqlal uğrunda mübarizəsinə dair apardıqları tədqiqatlar, Azərbaycan ədəbiyyatındakı Çanaqqala döyüşlərinə və qardaşlıq köməyinə həsr olunmuş bədii əsərlər Çanaqqalanın qarşıdakı 100 illiyi tədbirlərində alimlərimizin dərin və əsaslı elmi söz deməsinə geniş imkanlar yaradır. Buna görə də Azərbaycan Milli Elmlər Akademiyasının çoxminli alimləri Prezident İlham Əliyevin Çanaqqala zəfərinin birlikdə yad edilməsi ilə bağlı bəyanatını ürəkdən bəyənir və tam şəkildə dəstəkləyirlər. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində A.Bakıxanov adına Tarix İnstitutunun bazasında Akademiyada fəaliyyət göstərən “Azərbaycanlılara qarşı soyqırımların tarixi” Komissiyası ilə birlikdə qarşıdakı aylarda XX əsr boyu bir neçə dəfə soyqırımları həyat keçirmiş Ermənistanın təcavüzkarlığına həsr edilməsi nəzərdə tutulan beynəlxalq elmi konfransda da Türkiyə Cümhuriyyətinin də tarixçi alimlərinin iştirakı təmin olunacaq və bu tədbirdə Türkiyənin istiqlal hərbi, Çanaqqala savaşı hadisələri zamanı baş vermiş proseslərdən də geniş söz açılacaqdır. Müasir şəraitdə Azərbaycan və Türkiyə alimlərinin böyük beynəlxalq tədbirlərdə birlikdə vahid mövqedən çıxış etmələri ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərin, tarix və zaman qarşısındakı birgə cavabdehlik hissinin real göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çanaqqala zəfərinin birlikdə qeyd olunmasına verdiyi yüksək dəyər ictimai və humanitar sahənin alimlərinin üzərinə yeni və məsuliyyətli vəzifələr qoyur. Bu, ortaq taiximizin və taleyimizin ən mühüm hadisələrinin açılmış arxivlər əsasında birgə araşdırılmasına və vahid obyektiv mövqedən qiymətləndirilməsinə daha aktiv və məsuliyyətlə yanaşmağı tələb edir. Bu mühüm vəzifənin əhəmiyyətini və məsuliyyətini dərindən dəyərləndirən Azərbaycan alimləri ölkəmizin Prezidentinin ətrafında birləşərək Çanaqqala hadisələri zəminində əldə edilmiş çoxsaylı tarixi sənədlər və əsaslı elmi qənaətlər əsasında dünyaya haqqın, ədalətin və birliyin gücünü göstərmək üçün bütün imkanlarını səfərbər edəcəklər. AMEA-nın “Azərbaycanlılara qarşı soyqırımların taixi” Komissiyasının apardığı işlər və həyata keçirdikləri tədbirlər həm Çanaqqala, həm də Dağlıq Qarabağ-Xocalı hadisələrinin daha dərindən tədqiq olunub öyrənilməsinə və beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çatdırılmasına kömək edir. Bundan başqa, Azərbaycan Milli Elmlər Akademiyasında yaradılmış Qafqazşünaslıq İnstitutunun fəaliyyəti də Azərbaycanda və Türkiyə ərazilərində xalqlarımıza qarşı aparılmış soyqırımı hadisələrinin, əsassız iddiaların dərindən və əsaslı şəkildə öyrənilməsinə, hər iki ölkənin alimlərinin səylərinin yaxından əlaqələndirilməsinə geniş imkanlar yaradacaqdır.
Qeyd edək ki, hazırda Azərbaycan Milli Elmlər Akademiyası Humanitar və İctimai Elmlər Bölməsi Aqrar Elmlər Bölməsi ilə birlikdə Azərbaycanda, Şərqi Anadoluda və Qərbi Azərbaycan ərazilərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərinin tarixi coğrafiyasını əks etdirən xəritələrin elektron variantlarının hazırlanması üzərində iş aparılır. Bundan başqa, AMEA Memarlıq və İncəsənət İnstitutunun bazasında Akademiyanın ayrı-ayrı elmi-tədqiqat institutlarında çalışan əməkdaşlarının Azərbaycanlılara qarşı soyqırımların tarixini, faciəli məqamlarını əks etdirən rəsm əsərlərindən ibarət sərginin təşkili üçün də hazırlıq tədbirləri həyata keçirilir.
Ümumiyyətlə, Çanaqqala zəfərinin 100 illiyinin təntənəsi prosesində nümayiş etdiriləcək Azərbaycan-Türkiyə birlik və həmrəyliyi bizi Dağlıq Qarabağdakı əzəli torpaqlarımızın geriyə alınacağı günə daha da yaxınlaşdırır. Bütövlükdə Türkiyə Cümhuriyyətində Çanaqqala zəfərinin 100 illik nümayişləri Azərbaycanın Dağlıq Qarabağda qələbəsinin paroludur.

İsa Həbibbəyli,
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Milli Məclisin deputatı, akademik




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info