Müəllimlərin vəzifələrə qəbulu üçün imtahan keçiriləcək
Tarix: 22.01.2015 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumtəhsil məktəblərində təlim – tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün 24-25 yanvar tarixlərində imtahan keçiriləcək. BŞTİ-nin mətbuat xidmətinin məlumatına görə, müsabiqə 3 mərhələdən ibarətdir və imtahanda I mərhələdə (17-24 noyabr tarixlərində) bakuedu.az saytında qeydiyyatdan keçən və tələblərə uyğun olan namizədlər iştirak edə biləcəklər.
Yanvarın 24-25-də baş tutacaq müsabiqənin II mərhələsində isə namizədlərin imtahanı keçiriləcək. Baş tutacaq imtahan özlüyündə 2 mərhələdən ibarət olacaq. Direktor müavini vəzifəsi üzrə sənəd verən namizədlərə test imtahanı (30 sual) üçün 1 saat, onlara təqdim olunmuş mövzu üzrə esse yazmaq üçün 1 saat (ümumilikdə 2 saat) vaxt veriləcək. Laborantlıq üzrə qeydiyyatdan keçən namizədlərə isə test (30 sual) üçün 1 saat, onlara verilmiş mətnin çap edilməsi üçün 30 dəqiqə vaxt (ümumilikdə 1,5 saat) vaxt veriləcək. İmtahandan uğurla keçən namizədlər III mərhələdə komissiya tərəfindən təşkil olunmuş müsahibədə iştirak edəcək.
Müsahibədən müvəffəqiyyət qazanmış namizədlər vakant vəzifələrə yerləşdiriləcək və vakant yerlər olmadığı təqdirdə namizədlərin sənədləri BŞTİ-nin kadrlar bazasında toplanılacaq. Yeni vakansiyalar yarandığı halda bu namizədlərin müsabiqədəki göstəricilərinə əsasən işlə təmin olunması nəzərdə tutulur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info