İƏT Parlament İttifaqı “Xocalıya ədalət” kampaniyasında iştirak edəcək
Tarix: 22.01.2015 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


İstanbulda öz işinə başlayan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələri Parlamentlər İttifaqının 10-cu konfransında Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun sədri Elşad İskəndərov və İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş Katibi Mahmud Erol Kılıç tərəfindən iki qurum arasında əməkdaşlığı nəzərdə tutan protokol imzalanıb. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.
Geniş sahədə işbirliyini nəzərdə tutan sənəddə iki qurumun “Xocalıya ədalət” kampaniyasının məqsəd və məramlarının icrası istiqamətində də əməkdaşlıq etməsi nəzərdə tutulub.
İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının sözügedən sessiyasında “Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu və İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı arasında Əməkdaşlıq” başlığı altında qəbul edilmiş qətnamədə İƏT üzv parlamentləri Xocalı faciəsinin soyqırımı kimi tanınması ilə bağlı prinsipial mövqelərini bir daha nümayiş etdiriblər.
İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətlərinin parlamentlərini öz sırasında cəmləşdirən İƏT Parlament İttifaqının “Xocalıya ədalət” kampaniyasında iştirak edərək bu sahədə beynəlxalq səviyyədə əməkdaşlıq etməsi Xocalı soyqırımının dünya səviyyəsində tanıdılmasında mühüm rol oynayır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info