Türkiyədə oxuyan tələbələrimiz yürüş keçiriblər
Tarix: 22.01.2015 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Akdeniz Universiteti Türk Dünyası və Akrabalar Topluluğu və AzerGenc topluluğu 20 Yanvar şəhidlərini yad ediblər. Heç bir şüar səsləndirilmədən təşkil olunan yürüşdən sonra gənclər Atatürk meydanına toplaşıblar. Türk Dünyası və Akrabalar Topluluğu başqanı Rahim Məmmədli Qanlı yanvar ilə bağlı açıqlama verib, və bunun ardından şəhidlərimiz üçün sayğı duruşu olub, Azərbaycan himni səsləndirilib.
Gənclər yürüşə marağı olanlara 20 Yanvar faciəsi haqda ətraflı məlumat çatdırıblar, bildirilib ki, 1990-cı ilin yanvarın 19-dan 20-ə keçən gecə Sovet ordusunun Azərbaycan paytaxtında qətliam gerçəkləşdirib:
”Bu bir qətliam olsa da Azərbaycan türkləri silahsız olaraq qələbə qazandılar və imperianın çöküşünə səbə olub müstəqilliyə doğru mühüm addım atdılar. Bu qətliama Qanlı yanvar da deyilir və faciəyə əsl səbəblərdən biri də ermənilər olublar. Çünki ermənilərin artan torpaq tələbləri qarşısında Sovet hakimiyyəti də heç bir addım atmırdı və bu da xalqın ayağa qalxmasına, hiddətinə səbəb olmuşdu. Qanlı yanvar günü 137 nəfər şəhid edildi, 611 nəfər yaralandı, Lənkəranda və Neftçalada eləcə də digər bölgələrdə də şəhidlər oldu”. Rahim Məmmədli deyir ki, onlar bu kimi tədbirləri bundan sonra da davam etdirəcəklər: “Bu gün burada Akdeniz Universitetində təhsil görən azərbaycanlı gənclər olaraq bizim üçün hər şeydən, universitetimizdən, gələcək həyatımızdan belə önəmli olan Vətənimiz, bayrağımız, dövlətimiz və millətimizdir. Ona görə də təbliğata böyük önəm verməliyik. Biz gənclər şəhidlərimizin hüzurunda sayğıyla baş əyirik və onlara söz veririk ki, qanları hesabına başa gələn müstəqilliyi qoruyacağıq. Qarabağ şəhidlərinin də önündə baş əyirik və itirdiyimiz torpaqlarımız qanla olsa belə geri alınacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info