Donbasdakı vəziyyətin nizamlanmasına dair danışıqlar keçirilir
Tarix: 22.01.2015 | Saat: 19:02:00 | E-mail | Çapa göndər


Berlin şəhərində “Normand dördlüyü”nün Donbasdakı vəziyyətin nizamlanmasına dair danışıqları keçirilir. Almaniya, Ukrayna, Fransa və Rusiyanın xarici işlər nazirləri təmas xəttindən Minsk danışıqlarında razılaşdırılmış qaydada ağır silahların geri çəkilməsinə nail olmaq üçün razılığa gəliblər.
”Euronews” telekanalı xəbər verir ki, Berlində həmçinin “normand formatında” Astanada keçiriləcək sammitin perspektivləri də müzakirə olunub.
Hazırda Donbasda vəziyyət gərgin olaraq qalır, hərbi əməliyyatlar aktivləşir, ölənlərin sayı isə artır. Bu, keçən ilin yay aylarından bəri ordu ilə separatçılar arasında qeydə alınan ən ağır toqquşmalardır. Yanvarın 21-də 242 günlük müqavimətdən sonra Ukrayna ordusu tamamilə dağıdılmış Donetsk hava limanını tərk etmək məcburiyyətində qalıb.
Bu arada Donetsk şəhərinin Lenin rayonunda tramvay dayanacağına mərmi düşməsi nəticəsində 9 nəfərin öldüyü barədə xəbərlər yayılıb. Şəhərin tibb xidmətinin nümayəndələri isə hadisə zamanı 13 nəfərin həlak olduğu, 20 nəfərin isə yaralandığını bildirirlər.
BMT-nin məlumatına görə, ötən ilin aprel ayında Ukraynada başlanmış münaqişə ərzində ölənlərin sayı 4800 nəfəri keçib.

Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info