Azərbaycanlı QHT sədri Kipr prezidenti ilə görüşüb
Tarix: 22.01.2015 | Saat: 19:08:00 | E-mail | Çapa göndər


Soyqırımı Həqiqtələrini Tanıtma İctimai Birliyinin sədri Ceyhun Ələkbərov və EkoAvrasiya Dərnəyinin rəhbəri Hikmət Eren Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Eroğlu ilə görüşüb. Ceyhun Ələkbərov qəbulun mediaya açıq hissəsində çıxışında bildirib ki, bu gün Kiprin problemləri olduğu kimi, Azərbaycanın və ümumilikdə türk dünyasının problemləri mövcuddur. Onun sözlərinə görə, bu səbəbdən də türk dünyasının bir olması çox önəmlidir. Fəaliyyəti zamanı keçirdiyi tədbirlərdə Azərbaycanın Qarabağ problemi kimi Kiprin problemini də gündəmə gətirdiklərini söyləyən Ceyhun Ələkbərov, Azərbaycan torpaqlarının erməni işğalı altında olduğunu vurğulayaraq, ermənilərin Azərbaycana qarşı törətdiyi soyqırımı aktının eynisini yunanların da Kiprdə gerçəkləşdirmək istədiyini diqqətə çatdırıb. Dünyanın bu haqlı səsləri duymayıb, ikili standart siyasəti həyata keçirməsinin Azərbaycan xalqının və Kipr türkünün müsəlman olmasından qaynaqlandığını söyləyən Ələkbərov Azərbaycan torpaqlarının işğalda qalmasının çox acı, eyni zamanda Şimali Kipr Türk Cümhuriyyətinin tanınmamasının arzuolunmaz bir durum olduğunu önə çəkib. Ceyhun Ələkbərov həmçinin əlavə edib ki, Azərbaycan Xocalı qətliamının dünyada soyqırımı aktı kimi tanıdılması istiqamətində ciddi addımlar atır. O, qardaş Türkiyənin də Xocalı soyqırımını tanımasını arzu etdiyini bildirib. O, həmçinin Azərbaycan torpaqlarının işğalından 25 il keçməsinə və BMT-nin ermənilərin işğal etdiyi torpaqları qeyd şərtsiz azad etməsi ilə bağlı 4 qətnamənin olmasına baxmayaraq hələ də dünya, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən əməli addım atılmadığını vurğulayıb.
Prezident Dərviş Eroğlu isə Azərbaycanın müstəqil olmasından sevindiyini deyib. O, Azərbaycanın müstəqilliyi uğurunda savaşanları sayğı ilə andığını, şəhid olanları isə rəhmətlə andığını vurğulayıb. Ermənistanın hələ də Azərbaycan torpaqlarını işğalda saxlamasının üzücü olduğunu qeyd edən Eroğlu buna Rusiya və dünyanın səssiz qaldğını ifadə edərək, yaxın gələcəkdə bu torpaqların da azad olunacağına ümid etdiyini bildirib. Tanınmamış olmanın verdiyi sıxıntıların yaşandığını və bu durumda qardaş ölkələrlə əlaqələrin önəmli olduğunu önə çəkən Eroğlu, dərnək, ictimai birlik və digər təşkilatların təmsilçilərinin başlatdığı ziyarətlərə daha sonra hökumət təmsilçilərinin də qatılmasını və bu əlaqələrin daha da inkişaf etməsi, irəliyə daşınmasını arzu etdiyini deyib. Eroğlu həmçinin Azərbaycan, eləcə də digər türk dövlətlərinə qapısınını hər zaman açıq olduğunu vurğulayıb.
EkoAvrasiya rəhbəri Hikmət Eren bildirib ki, Türk dünyasının bir olması üçün bütün istiqamətlərdə çalışmaq lazımdır. O, əlavə edib ki, QHT-lər də bu istiqamətdə fəal olmalıdır. Xalqlarımızın yaxınlaşması və dünyada uğur qazanmağımız üçün QHT-lərin daha ciddi fəaliyyəti önəmlidir. Görüş Kipr mediasının marağına səbəb olub və geniş formada işıqlandırılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info