Fuad Muradov: “Merkelin vasitəçilik təklif etməsi mühüm bəyanatdır”
Tarix: 22.01.2015 | Saat: 22:18:00 | E-mail | Çapa göndər


"Prezident İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının nümayişidir. Bu səfər rəsmi Berlinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu göstərdi və ölkəmizin beynəlxaq müstəvidə qazandığı etimadı bir daha təsdiq etdi”. Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fuad Muradov dövlət başçısının səfərini şərh edərkən deyib.
Deputat bildirib ki, Almaniyada dövlət başçıları mühüm bəyanatlar səsləndiriblər: “İlk olaraq qeyd edim ki, kansler Merkelin Azərbaycanı əhəmiyyətli tərəfdaş adlandırmasını rəsmi Berlinin Azərbaycana xüsusi münasibətinin bir amili saymaq olar. Eyni zamanda, Merkelin Almaniyanın münaqişənin həlli üçün vasitəçiliyini təklif etməsi mühüm bəyanatdır. Bununla Merkel Dağlıq Qarabağ və işğal olunmuş torpaqlarımızın azad olunması üçün Almaniyanın imkanlarını təklif edir. Bunu münaqişənin həlli məqsədilə Avropa İttifaqının imkanlarından istifadə olunması üçün bir mesaj saymaq olar”.
F.Muradov vurğulayıb ki, Azərbaycanın Avropanın enerji təminatında oynadığı mühüm rol bu görüşdə bir daha təsdiqlənib. Kansler Merkelin Avropa ölkələrinin enerji şaxələndirilməsi üçün Bakının böyük töhfə verə biləcəyini deməsi ölkəmizi mühüm tərəfdaş kimi qəbul etdiklərini açıqlayır: "Bu baxımdan danışıqlarda “Cənub Qaz Dəhlizi” layihəsinin xüsusi vurğulanması həm də Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun düzgünlüyünün subutudur. Almaniya səfərini bu baxımdan uğurlu hesab edirəm. Bu səfər iki ölkə arasında əməkdaşlıqda yeni perspektivlər açır”.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Azərbaycan Litvanın vacib tərəfdaşı olub və olacaq
19.02.2019
ABŞ-na avtomobil rüsumu ilə bağlı xəbərdarlıq
18.02.2019
Akkoç: “Türkiyə – Azərbaycan qardaşlığı və dostluğu əbədidir”
18.02.2019
“Vergi Ombudsmanı institutunun yaradılması vergi sistemində şəffaflığı artıracaq”
18.02.2019
“Moskvadakı insident, Rusiyada yaşayan iki nüfuzlu qardaş xalqın arasını vurmaq cəhdi idi”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info