“Sərəncam təhsilin keyfiyyətinin yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir edəcək”
Tarix: 22.01.2015 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Tezliklə bölgələrdə də sınaq qiymətləndirilməsi aparılacaq
və bunun nəticəsində həmin müəllimlərin maaşları artacaq

Bu günlərdə ölkə başçısı tərəfindən dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında sərəncam imzalanıb.
Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin həftəlik dərs yükünün optimallaşdırılması yolu ilə əməkhaqqının artırılmasını təmin etmək və bununla maddi rifahını yaxşılaşdırmaq məqsədi ilə imzalanan sərəncama əsasən dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılması nəzərdə tutulur. Qeyd edək ki, Bakıda həyata keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edən minlərlə müəllim bu sərəncamdan bəhrələnə biləcək. Müəllimlər bu sərəncamı təhsil sahəsində atılan mühüm addım, müəllimlərin əməyinə verilən qiymət kimi dəyərləndirir.

Pəri Qasımova:
“Bu sərəncam bir təhsil işçisi, ziyalı kimi məni və həmkarlarımı ancaq
ruhlandıra bilər”

- Belə müəllimlərdən biri Nəsimi rayonu 240 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Pəri Qasımovadır. Prezidentin əməkhaqqı ilə bağlı sərəncamı müəllimləri ancaq sevindirə biləcəyini deyən P.Qasımova da Sınaq qiymətləndirmədə iştirak edib: “Son zamanlar təhsildə çox böyük dəyişikliklər baş verməkdədir. Bu sərəncam bir təhsil işçisi, ziyalı kimi məni və həmkarlarımı ancaq ruhlandıra bilər. Təhsildə baş verən islahatları, addımları yüksək qiymətləndirirəm. Təhsildə aparılan islahatlardan irəli gələn istənilən addımı, sərəncamı, qərarı, təlimatı dəstəkləyirəm və bu sərəncamın gələcəkdə digər həmkarlarıma da şamil olunmasını istərdim. Ölkə başçısının bu sərəncamı hər birimizi öz işimizdə, əməli fəaliyyətimizdə daha yaxşı çalışmağa sövq edir. Təhsilin inkişafı bizim təhsilimizin, təhsil verənlərın, təhsil alanların ancaq xeyrinə atılan bir addımdır”.

Südabə Səfixanova: “Təhsil Prezidentin
siyasətində həmişə
prioritet olub”

- Müəllimliyin şərəfli və çətin peşə olduğunu deyən 132-134 saylı Təhsil kompleksinin ibtidai sinif müəllimi Südabə Səfixanova bildirdi ki, hər bir müəllimin əziyyəti çoxdur: “ İstərdim ki, hamı bu sərəncamdan bəhrələnsin. Bu sərəncam Prezidentin təhsilə qayğısının göstəricisidr. Onu da qeyd edim ki, Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı vaxtdan prioritet olaraq elan etdiyi sahələrdən biri də təhsil məsələsidir. Təhsil Prezidentin siyasətində həmişə prioritet olub. Təhsilin, peşəkarlığın inkişafı, yüksək təhsil şəraitinin yaradılması qarşıya qoyduğu məsələlərdən biridir. Hesab edirəm ki, bu da çox mühüm və dəyərli addımdır. Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb. Arzum budur ki, bu sərəncam gələcəkdə sınaq imtahanlarında iştirakına baxmayaraq, bütün müəllimlərə bu şamil olunsun”.

“Maddi rifahın
yaxşılaşması ilə bərabər, iş fəaliyyətində də
stimul yaranacaq”

111 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, BSU-nun doktorantı Məlihə Əsədova bildirdi ki, Prezident İlham Əliyev bir neçə gün öncə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb: “Hesab edirəm ki, təhsilin inkişafı üzrə dövlət strategiyası təhsilimizin inkişafında, pedaqoji elmimizin inkişafında yeni bir mərhələdir”. Məlihə Əsədova bildirdi ki, bu sənəd təhsil sistemimizin metodoloji əsası, pedaqoji elmimizin təməl prinsipi hesab edə bilərik. Bu sənəd ölkə Prezidentinin təhsilə göstərdiyi ardıcıl diqqət və qayğısından, onun təhsil haqqında dediyi müdrik kəlamlarından və xüsusilə “maddi kapitalın insan kapitalına çevirmək” ideyasından qaynaqlanır ki, bu da səriştəli müəllim kadrları hazırlığının mühüm şərtidir. Strategiyanın məqsədi ölkədə səriştəli müəllim kadrları hazırlığı üçün, ən yeni texnologiyalara əsaslanan, müasir infrastruktura malik, yüksək keyfiyyət nəticələrinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan Avropa standartlarına uyğun, mükəmməl təhsil sistemi yaratmaq olduğunu deyən M.Əsədovanın sözlərinə görə, məqsəd ölkə qarşısında duran növbəti strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Bu məqsəddən irəli gələrək səriştəli müəllim kadrlarının hazırlanması, müəllimlərin peşə hazırlıqlarının müasir tələblər səviyyəsində təkmilləşdirilməsi, onların müasir innovativ metodlarla tədris prosesini qurması, təhsilin məzmununun cəmiyyətin tələblərinə, iqtisadi inkişafın tələblərinə uyğun şəkildə qurulması, yeni kurikulumların işlənməsi, təhsildə idarəetmə mexanizminin təkmilləşdirilməsi, təhsil işçilərinin ilboyu təhsillə, özünütəhsil və özünütəkmilləşdirmə ilə məşğul olması, məktəbin maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsi məsələləri xüsusi yer tutub. Məqsəd, həmçinin müasir dövrə uyğun hərtərəfli inkişaf etmiş şəxs yetişdirmək, dərin bilikli, geniş dünyagörüşlü, yüksək əxlaq və mənəviyyata sahib insan yetişdirməkdir. “ Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Prezidentin sərəncamı müəllimlər tərəfindən rəğbətlə qarşılandığını deyən M.Əsədova bildirdi ki, bu addım müəllimlərin müəyyən qədər maddi rifahının yaxşılaşması ilə bərabər, iş fəaliyyətində də stimul yaradacaq: “Belə ki, daha sağlam rəqabət yaranacaq ki, gələcək fəaliyyətlərində daha məsuliyyətli, pedaqoji biliklərin artırılması, müəyyən təcrübələri öyrənməyə təkan verəcək. Bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin bu sınaqdan müvəffəqiyyət qazanması və biz müəllimlərin zəhmətinə verilən dəyəri qiymətləndiririk. Əməyə verilən dəyər yaşamağa, yaratmağa və quruculuğa daha çox stimul yaradır. Cənab nazir tezliklə bölgələrdə də sınaq qiymətləndirilməsinin aparılacağını və bunun nəticəsində həmin müəllimlərin əməkhaqqının artacağını qeyd edib. Bu imtahandan keçməyən digər müəllimlərdə də bir həvəs yaradacaq. Onlar da bu sınaqlardan müvəffəqiyyət qazanmağa çalışacaq. Çünki biz müəllimlərə şamil edilən qiymət bunun əyani sübutudur”. Sınaq qiymətləndirilməsinin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirən M.Əsədovanın sözlərinə görə, bu şəkildə hər bir müəllim öz biliyini, nəyə qadir olduğunu müəyyən edir: “Müəllim daim mütaliə etməlidir, öz üzərində işləməlidir. Mən də bir müəllim olaraq dövlət başçısının bu addımını yüksək qiymətləndirirəm. Gələcəkdə bu addımın təhsilin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli dərəcədə təsir edəcəyinə inanıram. Ölkə başçısına öz təşəkkürümü bildirirəm”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info