Bakı Regional Peşə Tədris Mərkəzinin yenidən qurulan binası istifadəyə verildi
Tarix: 23.01.2015 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin Bakı Regional Peşə Tədris Mərkəzində aparılmış yenidənqurma işlərindən sonra burada yaradılmış şəraitə, peşə təlimi üzrə yaradılmış yeni sinif otaqları və emalatxanalara baxış olub.
Tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə əmək potensialının iqtisadiyyatın tələblərinə uyğunlaşdırılmasının Prezidentin uğurlu sosial-iqtisadi inkişaf konsepsiyasının vacib elementlərindən olduğunu diqqətə çatdırıb. S.Müslümov bildirib ki, nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən son bir il ərzində 3786 nəfər işsiz və işaxtaran vətəndaş əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb olunub. Onlardan 2 min nəfərə yaxını məhz nazirliyin Bakı, Naxçıvan şəhərlərində və Göyçay rayonundakı Regional Peşə Tədris Mərkəzlərində peşə təlimi keçib: “Dünya Bankı ilə birgə icra olunan “Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində Bakı və Göyçaydakı həmin mərkəzlərin maddi-texniki bazasının gücləndirilməsi işləri aparılıb. Bu işlər çərçivəsində Bakı Regional Peşə Tədris Mərkəzində də yenidənqurma işləri aparılmaqla, əlavə olaraq daha 7 sinif otağı və emalatxana yaradılıb. Beləliklə, mərkəzdə müxtəlif peşələrin təlimi üçün sinif otaqları və emalatxanaların sayı artıq 23-ə çatıb”. Nazir qeyd edib ki, mərkəzdəki sinif otaqları və emalatxanalar peşə təlimi, peşələrin praktik şəkildə öyrədilməsi üçün lazımi texniki və tədris vəsaitləri ilə təmin olunub. Mərkəzdə ənənəvi təlim üsulları ilə yanaşı, modul təlim texnologiyası da tətbiq olunur ki, bu da işaxtaran şəxslərin daha müasir üsulla və qısa zamanda yeni peşələrə yiyələnməsinə və əmək bazarına daxil olmasına imkan verir. Peşə hazırlığı sisteminin regionlar üzrə genişləndirilməsi məqsədilə “Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində Gəncə şəhərində də müasir tipli Peşə Tədris Mərkəzinin yaradılması nəzərdə tutulur.
Tədbirdə çıxış edənlər işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının təmin olunmasında peşə hazırlığının önəmini qeyd edərək, Bakı Regional Peşə Tədris Mərkəzinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində aparılmış işlərin nəticələrinin təqdirəlayiq olduğunu vurğulayıblar. Sonra tədbir iştirakçıları mərkəzdə ayrı-ayrı peşələr üzrə təlim prosesinə baxış keçiriblər.
İlkin




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
“Qala Sığorta” və “Qala Həyat”dan ədliyyə işçilərinə 20%-dək güzəştli sığorta
22.11.2018
İranlıların saxta sənədlərlə Azərbaycan sərhədindən keçmək cəhdinin qarşısı alınıb
22.11.2018
Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs 22 dəfə pozulub
22.11.2018
Azərbaycanda turizm polisinin yaradılması təklif edilir
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info