Ötən il yerli QHT-lərin 386 layihəsinə vəsait ayrılıb
Tarix: 23.01.2015 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Dünən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabat konfransı keçirib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov konfransda iştirak edib. QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev qurumun fəaliyyət istiqamətlərindən, ötən il gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Bildirilib ki, ötən il yerli QHT-lərin 386 layihəsinin həyata keçirilməsi üçün Şura tərəfindən 3 milyon manata yaxın vəsait ayrılıb. Bundan başqa, 17 beynəlxalq layihə maliyyələşdirilib, 13 xarici ölkədə 27 layihə icra olunub. Həyata keçirilən layihələr çərçivəsində 640 təlim, 287 seminar təşkil edilib, 8 film, 5 sayt hazırlanıb. Ümumilikdə Şuranın həyata keçirdiyi layihələrdən 175 mindən çox insan faydalanıb.
Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasətinə ictimai dəstəyin təmin edilməsi ən aktual mövzulardan biri kimi 2014-cü ildə də QHT-lərin fəaliyyətində başlıca yeri tutub. Bununla əlaqədar, QHT-lər Avropanın müxtəlif şəhərlərindəki ali təhsil müəssisələrində “Qarabağ” guşələri yaradıb, Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb. Həmçinin Şura 2014-cü ildə Azərbaycan mədəniyyətinin dünyada təbliği, eləcə də Xocalı soyqırımı haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün xarici ölkələrdə fəaliyyət göstərən QHT-lərin layihələrini dəstəkləyib.
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün Şuranın dəstəyi ilə “Şuşaya azadlıq” kampaniyasına start verilib. Bir çox dövlət qurumları ilə səmərəli əməkdaşlıq həyata keçirilib. Həmçinin dövlət idarəçiliyi və ölkəmizin ictimai həyatı, o cümlədən idarəetmə strukturlarına ictimai nəzarətin təmin olunması baxımımdan mühüm əhəmiyyət kəsb edən “İctimai iştirakçılıq haqqında” Qanunun icrasına başlanılıb. Sonra Şuranın 2014-cü ildəki fəaliyyəti ilə bağlı film nümayiş etdirilib. Konfrans müzakirələrlə davam edib, müxtəlif QHT-lərin nümayəndələrinin təklifləri dinlənilib. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov təkliflərlə münasibət bildirib. Sonda ötən il fərqlənmiş bir sıra QHT-lərin nümayəndələrinə diplomlar təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info