Metroda iaşə obyektlərinin fəaliyyətinə icazə verildi
Tarix: 23.01.2015 | Saat: 15:01:00 | E-mail | Çapa göndər


Bakı metrosunun ərazisində sərnişinlərin hərəkətinə maneə törətməyən ticarət obyektlərinin fəaliyyətinə icazə veriləcək.
Bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
N. Paşayev sözlərinə görə, bir neçə metro stansiyasında məhdud sayda ticarət obyektinin açılması nəzərdə tutulur: “Lakin bunlar əvvəllər olduğu kimi, keçidlərdə ticarət obyektinin işləyəcəyi anlamına gəlməməlidir. Hazırda “Koroğlu” və eləcə də digər stansiyalarda bir neçə ticarət obyektinin fəaliyyət göstərməsinə icazə verilməsi məsələsi nəzərdən keçirilir. Lakin bu ticarət obyektlərində ancaq gül, kitab və ya aptek fəaliyyət göstərə bilər. Əsas məqsəd bu obyektlərin heç bir şəkildə sərnişinlərin təhlükəsizliyinə və hərəkətinə mane yaratmamasıdır. Biz sərnişindaşıma işini icra edirik”.
Qurum rəsmisi əlavə edib ki, “Koroğlu” metro stansiyasının çıxışında da bir ticarət obyektinin fəaliyyətə başlaması nəzərdə tutulub. İlkin versiyaya görə, burada kitab ticarəti ilə məşğul olmağa icazə veriləcək.
Mətbuat xidmətinin rəisi qeyd edib ki, metro keçidlərində ticarət obyektlərinin fəaliyyətinə icazə verilərsə, bununla bağlı müqavilələr Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə bağlanacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info