Ukrayna ordusu itirilən bəzi mövqeləri geri alıb
Tarix: 23.01.2015 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


Ukraynada ötən sutka ərzində Ukrayna ordusu Donbassdakı münaqişə zonasında separatçılara və Rusiya qüvvələrinə ciddi zərbələr endirildiyi iddia edilir.
Belə ki, “İnformasiya müqaviməti” hərbi tədqiqatlar mərkəzinin rəhbəri, Ali Radanın deputatı, hərbi ekspert Dmitri Tımçuk özünün “Facebook” səhifəsində düşmənin azı 5 hərbi texnikası və 1 “Qrad” qurğusunun məhv edildiyini yazıb.
Donetsk vilayətinin Qorlovka rayonunda Ukrayna artilleriyası dəqiq zərbə ilə separatçıların “Qrad” qurğusunu sıradan çıxarıb. Luqansk vilayətinin Slavyanoserbsk rayonunda separatçı-terrorçu dəstələrin 10 ədəd hərbi texnikadan ibarət karvanı atəşə tutulub, azı 1 hərbi texnika məhv edilib. Luqansk vilayəti ərazisində Ukrayna ordusunun 29-cu blok-postuna hücuma keçən separatçılar və Rusiya əsgərləri cavab zərbələri ilə geri oturdulublar. Onların azı 4 ədəd hərbi texnikası məhv edilib. Canlı qüvvə itkisinin sayı bəlli deyil. Luqansk vilayətinin Troitskiy rayonu ərazisində separatçılar və Rusiya əsgərləri 6 tank və 12 ədəd zirehli hərbi maşının köməyi ilə Ukrayna mövqelərinə hücuma keçiblər. Ukrayna tərəfinin artilleriya zərbələri nəticəsində hücum edən qruplaşma itki verərək geri çəkilib. Qarşılıqlı razılaşma əsasında Ukrayna komandanlığı ölənlərin və yaralıların döyüş meydanından çıxarılmasına icazə verib.
Bir neçə gün əvvəl Luqansk vilayəti ərazisində Ukrayna ordusunun 31-ci blok-postunu ələ keçirən separatçılar dünən axşam oranı tərik etməyə məcbur olublar. Bunu cəbhə bölgəsində olan “Donbass” batalyonunun komandiri, Ukrayna Ali Radanın deputatı Semyon Semyonçenko “Facebook”da yazıb: “Terrorçular 31-ci blok-postu tərk edib. Dünən Ukrayna Silahlı Qüvvələrinin artilleriyası 5 qiymətinə layiq çalışıb. Layiqli cavablarını alan terrorçular və Rusiya hərbi bölmələri bir çox yerdə ön xətdən geri oturdulub”.
Prezident Pyotr Poroşenkonun müşaviri, məşhur volontyor (ordunun təminatına yardım edən könüllü) Yuri Biryukov isə Donetsk hava limanı ərazisində davam edən döyüşlər barədə məlumat verib. Hazırda cəbhə xəttində olan Y. Biryukov yanvarın 22-də axşam aeroporta daxil olan separatçılara məxsus yük avtomobilinin Ukrayna əsgərləri tərəfindən vurulduğunu bildirib. Nəticədə avtomobildəki təxminən 15 separatçı ölüb, sağ qalan 1 separatçı əsir götürülüb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info