Ölüm statistikası açıqlandı
Tarix: 23.01.2015 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


Azərbaycanda ölüm səviyyəsi göstəricisi ümumilikdə və bütün yaş qruplarında qadınlara nisbətən kişilər arasında üstünlük təşkil edir. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 25 yaşdan başlayaraq isə bu fərq nəzərəçarpacaq dərəcədə artır. Bu baxımdan yalnız 85 və yuxarı yaşda olanlar istisnalıq təşkil edir.
Komitədən bildirilib ki, bütövlükdə oğlan uşaqları arasında ölüm halları qız uşaqlarına nisbətən daha yüksəkdir. 2013-cü ildə Azərbaycanda 5-9, 10-14 yaşlı uşaqların ölüm halları artıb. 2013-cü ildə Azərbaycanda 1 yaşadək uşaqların ölüm halları (1862) 2012-ci ilə nisbətən (1884) azalsa da, 1-4 yaşlı uşaqların ölüm halları çoxalıb. 2012-ci ildə 363, 2013-cü ildə 372 nəfər 1-4 yaşlı uşaq dünyasını dəyişib. 2012-ci ildə 161 nəfər, 2013-cü ildə 194 nəfər 5-9 yaşlı uşaq, 2012-ci ildə 124 nəfər, 2013-cü ildə 187 nəfər 10-14 yaşlı uşaq dünyasını dəyişib. Qeyd edilən yaşlarda dünyalarını dəyişən uşaqların çoxu oğlan olub. 2013-cü ildə dünyasını dəyişən 1-4 yaşlı uşaqların 219-u, 5-9 yaşlı uşaqların 121-i, 10-14 yaşlı uşaqların 108-i oğlan olub. 2013-cü ildə 5 yaşadək uşaq ölümü hallarının sayı 2234 olub. Ölən uşaqların 1247-si oğlan, 987-si qız olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info