Azərbaycan müasir sərnişin vaqonları alacaq
Tarix: 23.01.2015 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


"Azərbaycan Dəmir Yolları" 2015-ci il ərzində Bakı-Tbilisi-Qars dəmiryol xətti üçün yeni sərnişin vaqonları alacaq. Bu barədə “Trend”ə QSC-dəki mənbə bildirib.
QSC və "Stadler" şirkəti ötən ilin iyununda 30 yeni dəmiryol sərnişin vaqonlarının alqı-satqısı haqqında müqavilə imzalayıblar. Yeni vaqonlar Avropanın dəmir yollarında hərəkət etmək üçün avtomatik olaraq cüt təkərlərə keçməyə qadir olacaqlar.
Mənbənin sözlərinə görə, Azərbaycan, Gürcüstan və Türkiyənin dəmiryol sistemlərinin birləşdirilməsi üçün nəzərdə tutulan yeni dəmir yolu 2015-ci ilin sonuna qədər istismara veriləcək və müvafiq olaraq vaqonlar respublikaya həmin müddət üçün gətirilməlidir.
Mənbə qeyd edib ki, vaqonların ölkəyə gətirilməsinin dəqiq tarixi məlum deyil, amma onların yoxlaması və mənimsəmə üçün vaxt lazım olacaq.
Bakı-Tbilisi-Qars xəttinin tikintisi məsələsinə gəlincə, onun sözlərinə görə, layihə üzrə bütün işlər fəal şəkildə irəliləyir və yeni dəmiryol xətti planlaşdırılmış müddətdə işə salınacaq.




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ötən il Azərbaycanda 868,6 ton yaşıl çay yarpağı istehsal olunub
16.02.2019
“Kuwait Airways” Bakıya aviareys açmaq niyyətindədir
16.02.2019
Ötən il ölkə üzrə 6,3 min ton tütün istehsal olunub
16.02.2019
Azərbaycan nefti bahalaşır
15.02.2019
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info