“Fransa Azərbaycanın strateji tərəfdaşı olmaq niyyətindədir”
Tarix: 23.01.2015 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


“Fransa bir çox sahələrdə Azərbaycanın strateji tərəfdaşı olmaq niyyətindədir”.
Bu sözləri Fransanın Azərbaycandakı səfiri Paskal Monye deyib.
O, 2014-cü ili Fransa-Azərbaycan münasibətlərində intensivlik ili kimi qiymətləndirib: “İl ərzində Fransa və Azərbaycan prezidentləri 3 dəfə görüşüblər. May ayında Fransa prezidenti Fransua Olland Azərbaycana uğurlu səfər etdi. Daha sonra oktyabrın 27-də Parisdə Qarabağ sammiti keçirildi və Fransa Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan bir araya gəldilər”.
Səfirin sözlərinə görə, Fransa ilə Azərbaycan münasibətləri 3 əsas sütuna söykənir: “Birincisi, siyasi dialoqun gücləndirilməsidir. Azərbaycanla Fransanın baxışları müxtəlif beynəlxalq təşkilatlarda eynidir. İkinci məsələ isə iqtisadi münasibətlərdir ki, bu da bir sıra münasibətlərin əsas mahiyyətini təşkil edir. İlk növbədə enerji sahəsində əməkdaşlığı dərinləşdirmək fikrindəyik. Fransanın “GDF Suez” şirkəti Azərbaycandan ilk qaz alan şirkət olacaq. Fransa həm də mühəndislər ölkəsidir, tək parfüm, dəb, şokolad ölkəsi deyil. Biz Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığı genişləndirmək istəyirik. Buraya şəhər, dəmiryol, hava nəqliyyatı daxildir”.
Fransalı diplomat münasibətlərinin digər bir qolunun isə mədəni və humanitar əlaqələr olduğunu bildirib. Onun sözlərinə görə, hər iki ölkə prezidentləri təhsil və universitetlərarası əməkdaşlığın önəmini qeyd ediblər: “Hazırda Azərbaycan-Fransa birgə universiteti konsepsiyası üzərində çalışırıq. Hər iki tərəf çalışır elə sahələri müəyyən etsin ki, hər iki tərəf üçün əlverişli olsun. Məsələn, turizm, mühəndislik, kənd təsərrüfatı kimi sahələr bura daxildir. Orda təhsil alan tələbələr üçün ikili diplomlar verilə bilər və ya Fransa universitetlərinin diplomlarını tələbələr Azərbaycanda ala biləcəklər. Bunun üçün fransız dilinin Azərbaycanda tədrisi çox vacibdir. Fransada ingilis dilli təhsil mövcuddur, amma Azərbaycan tələbələrinin fransız dilini də öyrənməsi çox yaxşı olar və bu, cəmiyyətlərin bir-birinə inteqrasiyasına təkan verər. Azərbaycanda Fransız liseyi fəaliyyət göstərir, orada 100-dən yuxarı şagird təhsil alır. Bundan başqa, Azərbaycan Fransız İnstitutu var ki, orada fransız dili kursları təşkil olunur. Çalışacağıq ki, universitetlərarası əməkdaşlığı gücləndirək. 2013 və 2014-cü illərdə ADA Universitetində Fransa-Azərbaycan universitetlərarası Forumu keçirilib. Fransa universitetlərini birləşdirən “Campus Frans” adlı qurum mövcuddur. Bu təşkilat fevralın 27-də Parisdə Azərbaycan universitetləri üçün tədbir təşkil edəcək”.
P.Monyenin sözlərinə görə, mədəni münasibətlərin inkişafı baxımından mədəniyyət adamlarının qarşılıqlı şəkildə hər iki ölkəyə rahat səfər edə bilməsi üçün sənəd imzalanıb: “Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransada bir sıra mədəniyyət tədbirləri həyata keçirir. Bu tədbirlər Azərbaycanın tanıdılması üçün böyük əhəmiyyətə malikdir. Mən çox sevinirəm ki, Azərbaycanda fransız markalarının sayı artır. Burada küçələr modernləşdirilir, Parisdəki küçələrə bənzəyir”.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus KİV-ləri: “Azərbaycan Prezidentinin səfəri strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır”
20.11.2018
İki Assosiasiya arasında əməkdaşlığın qurulması üçün ilkin addımlar atılıb
20.11.2018
Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb
20.11.2018
Fikrət Məmmədov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
20.11.2018
Diaspor fəaliyyətində qadınların rolu güclənir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info