Palçıq vulkanlarının yaxınlığında nəinki ev tikmək, təsərrüfat işləri aparmağa da icazə verilmir
Tarix: 23.01.2015 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu tərəfində aparılan tədqiqatlar nəticəsində son 200 il ərazində Azərbaycanda qeydə alınan vulkan püskürmələrinin sayı məlum olub. Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyev açıqlamasında deyib ki, son 200 il ərzində, 1810-cu ildən 2014-cü ilə kimi bugünə kimi Azərbaycanda 93 vulkanda 405 püskürmə qeydə alınıb.
Palçıq vulkanlarının sayının çox olduğunu deyən A.Əliyev qeyd edib ki, quruda 350, dənizdə isə 130 sualtı palçıq vulkanı var: “Sualtı palçıq vulkanlarının hamısı haqqında məlumat almaq çətindir. Onlar müxtəlif dərinlikdə yerləşdiyindən nə vaxt püskürməsi, nə vaxt gücləndiyini izləyə bilmirik. Amma quruda olan vulkanlardan tam məlumatımız var. Belə ki, 1810-cu ildən bu günə kimi 93 vulkanda 405 püskürmə baş verib”. Şöbə müdiri vulkanlara yaxın ərazidə evlərin tikilməsinin təhlükəli olduğunu bir daha xatırladıb. Onun sözlərinə görə, tikintilər vulkandan heç olmasa 1-1.5 km kənarda aparılmalıdır. A.Əliyev əlavə edib ki, artıq ölkə rəhbərliyinin sərəncamına əsasən palçıq vulkanlarının yaxınlığında nəinki ev tikmək, heç bir təsərrüfat işləri aparmağa icazə verilmir. Çünki vulkan püskürəndə yaxınlıqdakı ərazilərdə kimsə xəsarət ala bilər, həmçinin bu, evlərdə çatların əmələ gəlməsinə, fəsadların yaranmasına səbəb olur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info