Polis etiraz aksiyasına qoşulmuş erməniləri hədələyir
Tarix: 23.01.2015 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Artıq bir neçə gündür ki, Ermənistanın Gümrü şəhərinin sakinləri İstintaq Komitəsinin şöbəsinə çağırılırlar və ötən həftə keçirilən etiraz aksiyalarında iştirak edənlərdən izahat tələb olunur. Bu barədə Tert.am “Joxovurd” qəzetinə istinadən xəbər verir.
İstintaq şöbəsinə çağırılan sakinlərdən biri qəzetə bildirib ki, müstəntiqlər şöbəyə çağırılanlara videolentdə yer alan görüntülərini göstərir və ardından izahat tələb etməyə başlayırlar. Qəzet yazır: “Nəticədə xalq açıq şəkildə fikrini bəyan etməkdən və etiraz aksiyalarının təşkilindən qaçmağa başlayır. Toqquşmalardan sonra hamı kimin və niyə aqressivlik göstərməyə başladığını anlamağa çalışır. Çünki aydın idi ki, insanlar onlara münasibətdə güc tətbiqinə cavab verəcəklər. Ancaq hər şey onsuz da aydındır: toqquşmalar gələcəkdə insanları cinayət məsuliyyətinə cəlb ediləcəkləri ilə qorxutmaq üçün lazım idi”.
Qeyd edək ki, Ermənistanda yanvarın 12-də Gümrüdə baş vermiş silahlı insidentdən sonra gərgin vəziyyət yaranıb. 102-ci Rusiya Hərbi Bazasının yerləşdiyi Gümrüdə aralarında aldığı yaralardan keçən həftə vəfat edən altı aylıq uşağın da olduğu yeddi nəfərdən ibarət bir ailə qətlə yetirilib. Cinayəti törətməkdə rusiyalı hərbçi Valeri Permyakov şübhəli bilinir və o, artıq günahını etiraf edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info