“Azadlıq Radiosu“nun jurnalisti XİN-in “arzuolunmaz şəxslər“ siyahısına salınıb
Tarix: 23.01.2015 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "Azadlıq Radiosu"nun əməkdaşı Marqot Buffu "arzuolunmaz şəxslər" siyahısına salıb. Bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, M.Buff Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə qanunsuz səfər etdiyinə görə onun adı siyahıya daxil edilib. Qeyd edək ki, daha əvvəl “azadlıqradiosu.az” ünvanında fəaliyyət göstərən internet saytında 5 yanvar 2015-ci il tarixində verilmiş xəbərdə “Azadlıq Radiosunun”nun əməkdaşı kimi təqdim olunan Marqot Buff adlı şəxsin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməsi və orada fotoçəkilişlər aparması barədə xəbər verilirdi.
XİN daha əvvəl məsələ ilə bağlı yaydığı açıqlamada bildirmişdi ki, Azərbaycanın rəsmi icazəsi olmadan "Azadlıq Radiosu"nun öz əməkdaşını Azərbaycanın işğal olunmuş ərazilərinə ezam etməsi qeyri-qanuni xarakter daşıyır və bu hal Azərbaycanın "Dövlət sərhədi haqqında" qanununun pozulmasıdır:
"Azadlıq Radiosu"nun bu cür qərəzli davranışı eləcə də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətsizliyin daha bir nümunəsidir".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info