Culfada yeni sosial obyektlər istifadəyə verilib
Tarix: 23.01.2015 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


Naxçıvan MR Culfa rayonunun Şurud kəndində orta məktəb təmir edilib, kənd mərkəzi və xidmət mərkəzi istifadəyə verilib. “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun məlumatına əsasən, Şurud kəndində sosial obyektlərin açılış mərasimində iştirak edən Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov bildirib ki, muxtar respublikada dağ və sərhəd kəndlərinin abadlaşması, yenidən qurulması diqqət mərkəzində saxlanılır, kompleks tikinti-quruculuq işləri aparılır. Kəndin abadlaşması və infrastrukturun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq qaz xətti çəkilib, elektrik enerjisinin fasiləsiz verilişi təmin olunub. Dövlətin yaratdığı şəraitin nəticəsidir ki, ucqar dağ kəndi olmasına baxmayaraq, bu gün Şuruda fiber-optik kabel çəkilib yeni ATS quraşdırılıb, sakinlərin internetə çıxış imkanı yaradılıb”.
Ali Məclisin sədri deyib: “Muxtar respublikada ən geniş torpaq sahəsi Gal və Şurud kənd bələdiyyəsinin payına düşür. Kənddə fərdi təsərrüfatların genişləndirilməsi, xüsusilə heyvandarlığın və arıçılığın inkişaf etdirilməsi üçün lazımi şərait var. Torpaq sahələrindən səmərəli istifadə edilməsi, təsərrüfatların genişləndirilməsi qarşıda duran əsas vəzifələrdir. Bütün bunlar kəndlərdə əhalinin rifahının yaxşılaşmasına, məskunlaşmanın artmasına, kənd təsərrüfatı məhsulları istehsalının çoxalmasına və nəticədə ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Ona görə də rayon icra hakimiyyətləri və aid dövlət qurumları bundan sonra da ucqar dağ və sərhəd kəndlərində əhalinin məşğulluğunun təmin olunmasını diqqət mərkəzində saxlamalı, güzəştli şərtlərlə kreditlər verilməli, təsərrüfatlar inkişaf etdirilməlidir”.
V.Talıbov yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib.
Məlumat verilib ki, Kənd Mərkəzinin binasında rabitə evi, feldşer-mama, polis sahə və baytarlıq məntəqələri, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, klub, 35 yerlik iclas zalı və kitabxana var. Şurud kənd rabitə evində də 384 yerlik yeni nəsil ATS quraşdırılıb, poçt şöbəsi yaradılıb.
Kənd məktəbində yenidənqurma işləri aparılarkən məktəb binasının döşəməsi, tavanı, qapı və pəncərələri dəyişdirilib, sinif otaqları və fənn kabinələri müasir tədris metodlarına uyğun qurulub. Hazırda məktəbdə 2-si elektron lövhəli olmaqla, 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, kompüter otağı, kitabxana müəllimlər otağı, hərbi kabinə, şahmat sinfi, idman zalı, açıq idman meydançası və bufet var.
Xidmət mərkəzində mağaza və bərbərxana fəaliyyət göstərir. Mağazada ərzaq və sənaye məhsulları ilə yanaşı, Şurud kəndində yetişdirilən məhsullar da satışa çıxarılır.
Kənddə aparılan abadlıq-qurucu¬luq işləri zamanı 12,2 kilometrlik Gal-Şurud avtomobil yoluna qum-çınqıl qatı verilib, yol üzərindəki 2 körpü təmir edilib, 19 su keçidi, 25 selötürücü qoyulub, kəndə 1030 metr fiber-optik kabel çəkilmiş, 920 metr rabitə kabeli, 5 kilometrə yaxın elektrik verilişi xətti yenilənib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir
15.02.2019
Aldığınız məhsulu barkod ilə necə yoxlaya bilərsiz?
15.02.2019
Gədəbəy Rayon İcra Hakimiyyəti öz “asan xidmət”ini yaratdı
14.02.2019
Binəqədi RİH yanında İctimai Şura Uşaq Gənclər İnkişaf Mərkəzində tədbir keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10594

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 İtaliyada ötən ildən indiyə kimi qripdən 52 ölüm halı qeydə alınıb
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info