Şeyx Səudiyyə Ərəbistanı kralının dəfn mərasimində iştirak edəcək
Tarix: 23.01.2015 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz Al Səudun dəfn mərasimində iştirak edəcək. Bu barədə QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.
Səudiyyə Ərəbistanının kralı bu gecə vəfat edib. O, cümə ibadəti başa çatdıqdan sonra dəfn ediləcək.
Kral ailəsi Abdullah bin Əbdüləziz Al Səudun dəfn mərasimindən sonra cümə günü yeni monarx Salman Əbdüləzizə və varis şahzadə Mukrinə beyət etmək üçün Ailə Şurasına toplaşacaq.
79 yaşlı kral Salman Əbdüləziz Səudiyyə Ərəbistanının I kralı Feysəl və onun sevimli xanımı Hassa Əs-Sudayrinin yeddi oğlundan biridir. O, əvvəllər Ər-Riyad əyalətinin qubenatoru, Səudiyyə Ərəbistanının müdafiə naziri və baş nazirin birinci müavini vəzifələrində çalışıb. 2012-ci ilin yayından etibarən Kral Abdullahın səhhətində problemlər yarandıqdan sonra o, faktiki olaraq ölkəni idarə etməyə başlayıb.
Müşahidəçilər qeyd edirlər ki, Salman krallıq taxtına ölkə üçün heç də asan olmayan bir dövrdə, ultrakonservator monarxiyanın internetdə söz azadlığı ilə bağlı müasir çağırışlarla daha tez-tez toqquşduğu bir vaxtda yiyələnib.
Mərhum kral Abdullah öz hakimiyyəti dövründə ölkənin müasirləşdirilməsinə, təhsil, qadınların hüquqlarının genişləndirilməsinə yönəlmiş bir sıra islahatlar həyata keçirməyə başlayıb. Salman sələfinin islahatlarını dəstəkləyib, lakin o, ölkədə sürətlə aparılan islahatlara da qarşı olub.
Kral Salmanın dövlətin OPEK siyasətində sələfinin xəttini davam etdirməsi və neft hasilatını yüksək səviyyədə saxlaması gözlənilir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”
5 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info