Rezidenturada təhsil alan ilk həkim-mütəxəssislər diplom aldı
Tarix: 23.01.2015 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


Azərbaycanda tibbi sahədə 2011-ci ildən tətbiq olunan rezidentura sistemi əsasında təhsil alan ilk həkim-mütəxəssislərə diplom təqdim edilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyev bu il ilk məzun olmuş 94 rezidentdən bir necəsini qəbul edib. Nazir deyib ki, Azərbaycanda 2011-ci ildən ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya qəbul həyata keçirilir:
“Rezidenturanın tətbiqi çətin olsa da, çox sevindiriçidir ki, bütün bunlar artıq arxada qalıb. Bu, təhsil tibb sahəsində yüksək ixtisaslı mütəxəssis hazırlamaq üçün bütün dünyanın, Amerikanın, Avropanın və bizim də məmnuniyyətlə qəbul etdiyimiz bir yoldur. Həkimlik peşəsi çox məsuliyyətli və çətin peşədir. Şükürlər olsun ki, ölkədə köklü dəyişikliklər olunur, əsaslı təmir olunan tibb müəssisələri əhalinin istifadəsinə verilir. Tibb sahəsində görülən işlər, yaradılan şərait, infrastruktur, yüksək təchizat tibb işçilərinə əhaliyə daha da keyfiyyətli tibbi xidmət göstərmək üçün şərait yaradır”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info